• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlu: "Mərkəzi Bank pul-kredit siyasətinə yenidən baxmalıdır"

Qubad İbadoğlu: "Mərkəzi Bank pul-kredit siyasətinə yenidən baxmalıdır"
29.05.2020 09:29
Mart ayında bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən ayın demək olar ki, yarısında valyuta birjasının və bankların fəaliyyət göstərməməsinə baxmayaraq, kəskin devalvasiyadan sonrakı ayda Mərkəzi Bank tərəfindən valyuta bazarına 600 milyon dollarlıq müdaxilə heç də yaxşı perspektiv vəd etmir. Bu barədə iqtisadçı alim Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Onun fikrincə, hazırda valyuta bazarında və pul kütləsinin tənzimlənməsində yaranmış situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən baxmağı tələb edir.

"Əks tədqirdə, xüsusilə də dollara olan ajiotajlı tələbdən doğan psixoloji təzyiqin artması və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına və sıfırlanmasına gətirib çıxara bilər. Çünki müşahidələr göstərir ki, bu şəraitdə və indiki şərtlər daxilində hətta ucuz məzənnənin də sabit saxlanması həmişə bazara fasiləsiz valyuta müdaxiləsini zəruri edəcək”, deyə o qeyd edir.

Aprelin 7-də dolların məzənnəsində bahalaşma qeydə alınıb. Mərkəz Bank ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə hər 100 dollara 9 qəpik bahalaşdıraraq, 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Ekspertlər bunu yumşaq devalivasiyanın başlanması kimi qiymətləndirir. Çünki fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra aprelin 7-də dollar milli valyutaya nisbətdə ən çox möhkəmlənib.

Mərkəzi Bankdan yerli mediaya deyiblər ki, dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol