• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən həbs edildi

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən həbs edildi
09.04.2015 11:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın qanunsuz əməlləri barədə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş müraciətlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Ağayevanın, Masallı rayon sakinindən bacısına əlillik dərəcəsinin təyin edilməsi üçün 600 manat tələb etməsi və həmin pulun 500 manatını 2015-ci il martın 13-də 30 saylı TSEK-in Cəlilabad rayonunda yerləşən inzibati binasında iş otağında rüşvət kimi almasında, həmçinin xidməti vəzifəsinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul istəməsi və ya almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

X.Ağayevanın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən məbləğlərə dair qeydlər aparılmış sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı X.Ağayevanın korrupsiya hüquqpozmaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş 52 müraciət üzrə zəruri araşdırmalar aparılmaqla qanuna müvafiq qərarların qəbul edilməsi təmin ediləcək.

 
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol