• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni truppası “Comedy Woman”ın Bakı konserti ləğv olundu

Erməni truppası “Comedy Woman”ın Bakı konserti ləğv olundu
10.04.2015 11:00
Rusiyanın erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin "Comedy Woman” truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.

Oxu.Az xəbər verir ki, hazırda Facebook sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi səhifə işləmir.

Təşkilatçı qismində çıxış edən 33 Event şirkəti isə "Comedy Woman”-ın Bakı konsertinə aid bütün afişaları öz Facebook səhifəsindən yığışdırıb.

Bundan başqa, bir müddət əvvəl həmin konsertə bilet satan saytlara daxil olarkən, həmin səhifə açılmır və saytın əsas səhifəsinə qayıdır.  

Məsələ ilə bağlı əlaqə saxladığımız digər mənbələr də konsertin ləğv olunduğunu təsdiqlədilər.

Qeyd edək ki, erməni truppası "Comedy Woman”-ın Bakı konsertinin keçirilməsinə Oxu.Az vasitəsilə "Planeta Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov etiraz etmişdi.  

T.İmanov bildirmişdi ki, "Comedy Woman” erməni layihəsidir, ona ermənilər rəhbərlik edir.

"Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir.

Bizim 20% torpağımız elə həmin ermənilər tərəfindən işğal edilib. Niyə hamı susur? Hamı haradadır?

Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar?  Bizdə əsl müharibə gedir”, - Tahir İmanov deyir.

Öz növbəmizdə qeyd edək ki, "Comedy Woman”ın rəhbəri olan Nataliya Yeprikyan "Comedy Club Production”ın qrupuna daxildir.

Rusiyanın "Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı "Noviye Armyane” ŞHK komandası daxildir...

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol