• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclərin Peşə Reabilitasiya Mərkəzi Musiqili Teatra təşəkkür etdi

Gənclərin Peşə Reabilitasiya Mərkəzi Musiqili Teatra təşəkkür etdi
10.04.2015 17:05

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib.
 
ANN.Az xəbər verir ki, konsert proqramı çərçivəsində "Hərənin öz ulduzu” (S. Ələsgərov, İ. Məlikzadə), "Adamın adamı” (V. Adıgözəlov, Anar) tamaşalarından parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb.
 
"Mərkəzimizdə keçirilən bədii gecədə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi yumor və gülüş dolu çıxışları ilə sağlamlıq imkanları məhdud gənclərin qəlbini fəth etdi. Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlunun çıxışları mərkəzin gənclərinə gözəl əhval-ruhiyyə yaşatdı.
 
Musiqili Teatrın əlil gənclər qarşısında yüksək səviyyədə və maraqlı proqramla çıxışını təmin etdiyinizə görə Sizə dərin təşəkkürümüşü bildirirəm” deyə məktubda qeyd olunur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol