• $
  • €
  • ₽
  • ₺
  • £

Evi yanan sakinlərə müjdə

Evi yanan sakinlərə müjdə
11.04.2015 16:05
Ötən gecə Bakının Xətai rayonundakı binada baş verən yanğın zamanı evlərinə ziyan dəyən sakinlərin yerləşdirilməsi dövlət tərəfindən həyata keçiriləcək.
 
Bu barədə Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev ANS PRESS-ə məlumat verib. Birinci müavin yanğından sonra binada yaşayış olmadığını və sakinlərin başqa yerlərdə gecələdiyini bildirib. 

Hazırda hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, rayon İcra Hakimiyyətinin əməkdaşları, fövqəladə hallar komissiyasının üzvləri araşdırma aparır. Araşdırmalardan sonra əhaliyə dəymiş ziyan müəyyən edilərək və kompensasiya ödəniləcək. Bundan əlavə, sakinlər İcra Hakimiyyətinin hesabına kirayə evlərə yerləşdiriləcək. Onların evləri təmir olunana qədər kirayə haqqı dövlət tərəfindən ödəniləcək”, - deyə Rafiq Quliyev bildirib.

Qeyd edək ki, ötən gün Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol