Nobel mükafatlı yazıçı vəfat etdi

Müasir alman ədəbiyyatının ən görkəmli nümayəndəsi, yazıçısı, eyni zamanda heykəltəraş və rəssam kimi tanınan Günter Qrass vəfat edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, yazıçı 1999-cu ildə yazdığı "Tənəkə təbili" əsərinə görə, ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
O, ürək xəstəliyindən əziyyət çəkirdi.
Günter Qrass 1927-ci ildə Dansiqdə ərzaq məhsulları ticarətçisinin oğlu kimi dünayaya gəlib. O katolik kaşub mənşəli olub. Qrass uşaqlığını Dansiqdə sadə yaşayış mühitində keçirib. O, bacısı ilə birlikdə iki otaqlı mənzildə yaşayıb. Katolik dininə mənsub olan anasının təsiri nəticəsində Qrass kilsədə xidmətçi olub. Eyni zamanda o ""NS" ("SS") ideoloqlarının təsiri altına düşüb.
Öz dediyinə görə, İkinci Dünya Müharibəsində 15 yaşında ailədən uzaqlaşmaq üçün əsgərliyə gedib. 20 aprel 1945-ci ildə Marienbad yaxınlığında gedən döyüşlərdə yaralanandan sonra amerika əsgərlərinə əsir düşüb. Bu zaman o "SS"-in üzvü olduğunu bildirib.
Bu yaxınlara qədər çap olunmuş müsahibələrində deyilirdi ki, o 1944-cü ildə bayraqdar kimi müharibədə iştirak edib. Yalnız 2006-cı ildə onun biqorafiyası çap olunduqdan sonra həqiqət işıq üzü görüb.
Müharibədən sonra, 1947-48-ci illərdə o Düsseldorf şəhərində daş yonma üzrə praktika keçir. Sonra 1948-1952-ci illərdə Düsseldorfda İncəsənət Akademiyasında qrafika ixtisası üzrə təhsil alır. 1953-1956-cı illərdə Günter Qrass Berlində Təsviri İncəsənət Ali Məktəbində heykəltəraş Karl Hartinqin yanında təhsilini davam etdirir. Sonra 1959-cu ilə qədər Parisdə yaşayır. 1960-cı ildə yenidən Berlinə köçür və burada 1972-ci ilə qədər yaşayır. 1972-1987-ci illərdə Vevelsflet şəhərində yaşayır.
O, 1954-cü ildə isveçrəli balet tələbəsi olan Anna Şvarts ilə evlənir. Onlar 1956-1960-ci illərdə Parisdə yaşayırlar. Burada Qrass "Tənəkə təbili" əsərini yazmağa başlayır. 1957-ci ildə onların ekiz uşaqları olur. Sonra onun daha üç övladı dünayaya gəlir.
1956-1957-ci illərdə o artıq ədəbiyyatla məşğul olmağa başlayır. Qrass bu ərəfədə hekayələr, şeirlər, pyeslər yazır.
"Tənəkə təbili" də bu dövrdə yazılıb. Bu romana görə Günter Qrass "47-lər qrupu" tərəfindən mükafat layiq görülür. 1979-cu ildə onun bu əsəri rejissor Folker Şlendorfer tərəfindən ekranlaşdırılır. Bu film 1979-ci ildə Kannda keçirilən festivalda "Qızıl palma budağı"na layiq görülür. Eyni zamanda həmin film "Oskar" mükafatı da alır.
"Tənəkə təbili" romanı kitab şəklində 1959-cu ildə nəşr olunub. Romanda tarixi hadisələr sürrealist şəkildə təsvir olunur. Bu romanın yazılma üslubu sonralar Qrassın ədəbi yaradıcılığını müəyyən etmişdir. "Tənəkə təbili" romanı Günter Qrassa dünya şöhrəti gətirir.
Onun ikinci romanı "Pişik və siçan" İkinci Dünya müharibəsi ərəfəsində gənc Yoaxim Malkenin əhvalatını təsvir edən bir romandır. Bu kitabda təsvir olunmuş intim əhvalatlara görə o, Almaniyada böyük hay-küyə səbəb olur.
Seçkilərdə Günter Qrass Sosial Demokratlar Partiyasını dəstəkləyir və 1982-ci ildən onu üzvü olur. 1990-cu ildə Almaniyanın indiki şəkildə birləşməsinin əleyhinə çıxan Qrass bunu yenidən hərbi bir dövlətin yarana biləcəyi qorxusu ilə izah edir.
1985-ci ildən cazmen Günter Zommerlə birlikdə bir neçə qeyri adi yazılar buraxır. O caz musiqisi altında öz əsərlərini oxuyur.
1999-cu ildə 72 yaşlı Günter Qrass ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb.
2005-ci ildə o "Lübek ədəbiyyat görüşləri" adlı ədəbi dərnəyi təşkil edib.
Ölümünı qədər o, Lübek şəhərində yaşayır. Buradakı evində onun əlyazmalarının böyük hissəsi saxlanılır.
www.ann.az
























