Mərkəzi Bankın valyuta ehtiyatları martda 14% azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci ilin mart ayında 1 532,3 mln. ABŞ dolları və ya 13,9% azalıb. Nəticədə, valyuta ehtiyatlarının həcmi aprelin 1-i vəziyyətinə 9 472,1 mln. dollar təşkil edib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 4 286,2 mln. dollar və ya 31,1% azalıb.
www.ann.az
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatları 4 286,2 mln. dollar və ya 31,1% azalıb.
Qeyd edək ki, 2014-cü il martın sonuna ehtiyatlar 14 715,7 mln. dollar həcmində olub. Yəni, son bir il ərzində AMB-nin valyuta ehtiyatları 5 243,6 mln. dollar və ya 35,6% azalıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























