• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə Roma Papası tənqid olundu

Milli Məclisdə Roma Papası tənqid olundu
14.04.2015 14:19
Oqtay Əsədov: "Ona müraciət etməyin mənası yoxdur”

Azərbaycan Milli Məclisinin iclasında Roma Papasının uydurma "erməni soyqırımı” ilə bağlı çıxışına etiraz bildirilib.

APA-nın məlumatına görə, Zahid Oruc çıxışında deyib ki, ermənilərin nefti və qazı olmasa da, mühüm silahları var: "Uydurublar ki, xristianlığın beşiyi oradır və "soyqırım” silahından yararlanırlar”.

Z. Oruc cavab olaraq Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsi, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif edib: "Katolik kilsəsinin rəhbərinin qərarı əslində ermənilərə böyük zərbədir".

Sabir Rüstəmxanlı isə bəyan edib ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir: "Ermənilər yox yerdən abidə qurub və gəlib-gedən onu ziyarət edir. Niyə Azərbaycanda bir normal soyqırım muzeyi, abidəsi olmasın?.. Min ildir fitnə-fəsad Roma Papasının başının altından çıxır. Bu adam Argentina əsillidir və orada ermənilər at oynadır. O vaxt Osmanlı İmperiyasında 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir ki, 1,5 milyon erməni öldürülüb. Bəs ermənilər məhv edildisə, onda dünyada yaşayan bu ermənilər haradan törəyib? Ədalətli, vicdanlı adam Ermənistana işğaldan əl çək deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyik”.

Deputat, xalq artisti Zeynəb Xanlarova da çıxış edərək bildirib ki, qırxı çıxmış bir papanın haqqında danışmağa dəyməz: "Bu adamın yan-yörəsi bizə qarşı düşməndir. Papanın başı yerində olsa, onlara qulaq asmaz, öz başı ilə iş görər”.

Sədr Oqtay Əsədov Roma Papasının belə bir bəyanat verməsindən təəssüflənib: "Siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdır. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.

Spiker xatırladıb ki, o vaxt Osmanlı İmperiyasında 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: "İndi necə oldu ki, 1,5 milyon ermənini qırıblar? Bu, tarixi məsələdir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”.

Fazil Mustafa isə Məhəmməd Əmin Rəsulzadənin büstünün metrodan götürülməsi məsələsinə toxunub. O, Rəsulzadənin büstünün Bakı Metropolitenin deposundan götürülməsini məmur özbaşınalığı adlandırıb: "Biz tariximizə hörmət etmək istəyiriksə, belə dəyərlərə toxunmamalıyıq. Prezident bu şəxsiyyətlərlə bağlı lazımi addımlar atırsa, deməli, onları dəyərləndirir. Məmurlar isə özbaşınalıqlara yol verirlər”.
 
İqbal Ağazadə də bu addımın ölkə başçısının sərəncamı ilə ziddiyyət təşkil etdiyini deyib: "Bu biabırçılığın qarşısı alınmalıdır”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol