Günter Qrassın son müsahibəsi: "Dünya Müharibəsinə gedirik"

Nobel mükafatlı alman yazıçısı Günter Qrass ölümündən öncə jurnalistlərə verdiyi müsahibəsində Yer Kürəsini gözləyən təhlükələrdən danışıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, məşhur alman yazıçı Günter Qrass ölümündən əvvəl "El Pais" ispan qəzetinə müsahibə verib. Yazıçı bu qəzetə müsahibəni martın 21-də verib. Nobel mükafatlı yazar aprelin 13-də 87 yaşında vəfat edib
O, insanlığın bir "Lunatik" kimi Dünya Müharibəsinə doğru getidiyini ifadə edib və Şərqi Ukraynada, eləcə də Yaxın Şərqdə döyüşlərin dünya müharibəsinin potensial gilizləri olduğunu vurğulayıb: "Hər yerdə döyüş gedir, keçmişdə etdiyimiz xətaların təkrarlanması ilə qarşı-qarşıyayıq".
Yazıçı son müsahibəsində bildirib ki, bəşəriyyət özü də hiss etmədən qazılan quyulara düşə bilər və odlu-alovlu ölümlərə səhnə olar.
Qrass İraq və Suriyada yaşanan fəlakətlərin ABŞ-ın Yaxın Şərqdəki siyasətinin nəticəsi olduğunu vurğulayıb, İsrail-Fələstin münasibətlərinin günü-gündən pisləşdiyini, ABŞ-ın İraqda böyük bir fəlakət yaratdığını bəyan edib. İŞİD-in nümayiş etdirdiyi vəhşiliyi dilə gətirən Qrass bu durumun davam etdiyi təqdirdə Suriya probleminin gündəmdə olmayacağını vurğulayıb.
Ukrayna böhranı səbəbilə Moskvanın da bir travma yaşadığını və bunu anlayışla qarşıladığını ifadə edən Qrass Rusiyanın yenidən düşmən tərəfindən mühasirəyə alınmasından qorxduğunu, Krımın ilhaqı nə qədər bağışlanmaz olsa da, Qərbin vəzifəsinin Putin iqtidarını anlamaq olduğunu deyib. Sovetlər İttifaqının dağılmasından sonra Qərbin Rusiyanın da daxil olduğu təhlükəsizlik qurumu yaratmaq üçün ciddi addımlar atmadığını söyləyən Qrass bunun böyük səhv olduğunu, Ukraynaya daha əvvəl Avropa Birliyinə, sonra isə NATO-ya üzv olma vədi verilməsinin, bunun müqabilində isə Rusiya kimi bir ölkənin əsəbi davranışı ilə üzləşməsinin məntiqli olduğunu vurğulayıb.
Yer kürəsinin hər tərəfində böyük səfalətin hökm sürməsinə, dünya əhalisinin həddindən artıq çoxalmasına diqqət çəkən Nobel mükafatçısı iqlim dəyişikliklərinin, nüvə stansiyalarından təhdid kimi yağan fəlakətin gözardı edilməməsini istəyib.
www.ann.az