Yekaterinburqdan Bakıya uçuşların sayı artırılır

Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Bakıya uçuşların sayını artırmaq qərarına gəlib.
ANN.Az "Report"a istinadən xəbər verir ki, turizm sahəsində çalışan ekspertlər bu il Azərbaycana marağın artacağını proqnozlaşdırırlar.
Azərbaycan paytaxtına reyslərin artırılacağı barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aviadaşıyıcı indi hər iki istiqamətdə həftədə iki dəfə uçacaq. Mətbuat xidmətindən bildirilib ki, şirkət həm turistlərə, həm də işgüzar səfərlər edən sərnişinlərə ümid edir.
Ural Turizm Assosiasiyasının icraçı direktoru Mixail Maltsev əvvəllər bildirib ki, Özbəkistan, Azərbaycan və Belarus kimi turizm istiqamətlərində artım proqnozlaşdırılır. Maltsev qeyd edib ki, digər xarici istiqamətlər təhlükə doğurur: onlar üzrə azalma müşahidə olunacaq və ola bilsin ki, əhəmiyyətli dərəcədə.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi