• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Ölkədə at ətinin satışına qadağa yoxdur

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Ölkədə at ətinin satışına qadağa yoxdur
17.04.2015 12:08
"Azərbaycanda hər hansı heyvanın ətinin öz adı altında satışına qadağa qoyulmayıb. At əti və ya başqa bir heyvanın əti mütləq öz adı altında satışa çıxarılmalıdır. Ancaq at ətinin inək əti və ya qoyun əti adı altında satışa çıxarılması qanunsuzdur”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y. Xanvəli bildirib ki, at və yaxud başqa heyvanın ətinin satışa çıxarılması üçün onlar mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında müayinədən keçirilməlidir: "At əti satışa çıxarılacaqsa, mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında heyvanın sağlam olması haqqında arayış verilməlidir. Heyvan haradan gətirilib və sair. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra onun satışına icazə verilir”.

Sallaqxanalarda daima reydlər keçirildiyini qeyd edən Y. Xanvəli qeyri-qanuni heyvan kəsiminə qarşı mübarizənin davam etdiriləcəyini söyləyib.  

Qeyd edək ki, aprelin 15-də Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkarlayıb. Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol