• $
  • €
  • ₽
  • ₺
  • £

“Qurmanın qeydləri”: Hakassan - ərəb düzlərindəki oazis

“Qurmanın qeydləri”: Hakassan - ərəb düzlərindəki oazis
18.04.2015 10:00
Elcan Bədəlov 

Əvvəlki yazılarımda qeyd etdiyim kimi, mən oxuculara təkcə Bakı restoranlarının mətbəxindən yox, eləcə də digər ölkələrin mətbəxində hiss etdiyim, gördüyüm və daddığım nemətlərdən  xəbər verəcəm. Buna görə də saytda "Qurmanın qeydləri” adlı yeni rubrika açıram. Bu rubrikada dünyanda olan çoxsaylı restoranlarda gördüyüm öyrədəcək və maraqlı  yeməklərdən, içkilərdən vəs danışacam. 

Beləliklə, başladıq
 
Son illərdə mart ayı, təkcə Novruz bayramı ilə deyil, uzunmüddətli tətilləri ilə də asossiyasiya olunur. Bu müddət ərzində Azərbaycandan olan onlarla insan, əsasən cənubda yerləşən xarici ölkələrə turist səfərinə çıxır. Uzunmüddətli qışdan sonra insan günəşin istiliyin duymaq və hətta imkan olarsa, dəniz və okeanlarda üzmək istəyir.  
 
Bizimkilər əsasən ilin bütün vaxtı isti olan Birləşmiş Ərəb Əmirliklərini üstün tutur. Son illərdə mənim dostlarımla birgə seçimimiz dəyişmir. Yeganə fərq odur ki, biz günəş şüalarının qalanını ölkənin paytaxdı Abu-Dabidə alırıq.

Abu-Dabi Birləşmiş Ərəb Əmirliklərinə daxil plan əmirliklər arasında ən böyük və ən zəngin olanıdır.  

Sonsuz sayda yeni və müasir göydələnlər şərq koloritləri ilə tamamlanır. Bura hər baş çəkdiyimizdə, salınan yaşıllıqların miqyasından heyrətə düşürük. Hava limanından şəhərə çəkilən yolun hər tərəfi bulvarlar və bağlarla örtülüdür. Burada çox böyük ölçülü ekvalipd və palma ağacları yetişir. Şəhərin özü daimi çiçək açan güllərlə örtülüdür.  

Abu-Dabidə çoxlu sayda restoranlar, hotellər, əla çimərliklər və müxtəlif zövqə uyğun əyləncə mərkəzləri var. 

Qeyd edim ki, BƏƏ-lərində spirtli içkinin qadağası ilə bağlı qanun var, amma eksteritorial sayılan bütün hotellərdə spirtli içki verilir. 

Bütün bu illər ərzində biz Abu-Dabinin bir çox restoranlarında olmuşuq, bununla belə "Hakkasan” restoranı üzərində xüsusi durmaq istəyirəm. 

"Abu-Dabidə ilin ən yaxşı restoranı” tituluna sahib olan bu restoran, dünyada Asiya mətbəxi ən geniş yayılmış restoran şəbəkəsindən biridir. Bu restoran London, Mayami, Nyu-York, San-Fransisko, Las-Veqas və s. şəhərlərdə də açılıb və Dubayda yerləşən restoran "Mişlelenovskoy " ulduzuna layiqdir. 


Öz restoranımıza qayıdaq. "Hakkasan” restoranı Abu-Dabinin mərkəzində, dünyanın ən gözəl və təşəxxüslü hotellərindən biri olan "Emirates Palace Hotel” –də yerləşir. İnteryerdə olan qızıl və zənginlik ərəb şeyxlərinin sarayını xatırladır. Saray sözünün burada dərin mənası var. Belə ki, il ərzində bir dəfə bütün ərəb şeyxləri bu hoteldə yığışır. Onlar öz uşaqları və ailəsi ilə gəlirlər. Bu dönəmdə hotel ərəb kral ailəsinin sarayına çevrilir. 
  
"Hakkasan " restoranı dünyada müasir birinci dərəcəli restoranlardan biri sayılır. Onun mətbəxi və xidməti unikallığı ilə seçilir. 

Restoranın daxili quruluşu klassik Avropa üslubu ilə, qədim çin motivlərinin qarışığıdır. 

Mebellər və interyerin hamısı təbii maddələrdən istifadə edilərək hazırlanıb. Ərəb romantizmi və ruhu ilə dolu olan açıq terras insanı xüsusən yeməyə kökləyir. 

Restoranın görünüşü və şəhər haqqında bu qədər. İndi isə axşam yeməyindən yazaq. 

Axşam saat səkkizdə dostlarla restoranda yığışdıq. Restoranda bizi çox xoş qarşıladılar və içəri dəvət etdilər. Bir az keçmiş, Bakıda baş verən son hadisələr barədə səs-küylü müzakirələr başladı. Böyük kampaniyada olmaq  gözəl hissdir, biz 14 nəfər idik, amma belə olanda da əsas problem yeməklərin seçimi və vaxtla bağlı olur. Ona görə də, biz seçim etməyi, mənim əsl qurman hesab etdiyim, dostumuza həvalə etdik.   

"Qurman” dostumuz bu etibarımıza təşəkkür edib menyuya baxdı. 

Qəlyanaltı kimi seçdikləri: 

"Hakka Steamed dim sum platter” (çin "pelmenləri”), "Colden Fried Soft Shell Crab and red chili” (kötəklənmiş yumşaq qabıqlı krab),”Peking Duck with cucumber and spring onion” (pekik ördəyi), "Green vegetable salt with sesame dressing" (Küncüd sosula təzə salat) və ən nəhayət bizim sevimlimiz olan "Edamame” ( bişirilmiş soya paxlası). 


Qəlyanaltılar öz ləzzətli dadı ilə bizə təsvirolunmaz həzz bağışladı. Hazırlanması ilə bağlı bir neçə fotonu paylaşıram. 
 
"Pelmenlər”   - içi dörd növlü ət maşınından keçirilmiş ətlə doldurulmuşdu


1. "Scallop shumai”:  krivetka və toyuq. "Plemenlər”uçan dəniz balıqlarının ikarısı ilə bəzədilmişdi.  

2. "Prawn chive dumpling”: krevetkadır. Xərçəng əti ilə soğan və giləmeyvə. 

3. "Har gau”: cavan babuq pöhrəsi və krevetka.


4.”Crystal dumpling”: balqabaq, şam qoz-fındıq, lobya və qara bibər.
 

 
Xərçəng 4 hissəyə ayrılır və uzun zaman toyuq "qloss”unda bişirilir. "Qloss” çox spesifik mətbəx məhsuludur. Növbəti yazılarımda ona ayrıca yer ayıracam. Bundan sonra "kari”, "tay istiotu”, "Marmit” mayasının sousu əlavə olunur və sonda yemək susam ilə basdırılır. Xərçənglər ("Krab) orta istiotlu olur və ağızda çırtıldayır. B yeməyi restoranda hamının süfrəsinə gətirdiklərinə görə, belə nəticəyə gəlmək olar ki, buranın ən məşhur yeməyidir. 

 
Təzə salat – salat yarpağından, qreyfrut və apelsin dilimlərindən, susam sousundan, nar dənələrindən ibarətdir. İlk baxışda adi salatdır, amma onun dadı o qədər gözəl idi ki, bizim aramızda onun tərkibi ilə bağlı ciddi müzakirələr oldu. Bir fikirdə razılaşdıq ki, bu salatı gündəlik yemək olar.  

 
Pekin ördəyi: Dünyada tanınmış ən qədim və məşhur çin yeməklərindən biridir. Bunun üçün həmin ördəyi 65 gün böyüdürlər. Onu sobada qaynadırlar. Çox zərif və ləzzətli yeməkdir. 
 

Bölüşdürmə prosesi isə əsl sermoniyadır: Hər şey stol arxasında baş verir. Bundan sonra doğranmış ətləri kiçik blinçiklərlə sarıyırlar. Onun içində dilimlənmiş xiyar və  "pırasa” olur. Daha sonra ona "Housin” sosu əlavə olunur. Ördəyin xarici görnüşü çox xoşuma gəldi. Təəssüf ki, Bakıda bu proseduru təkrarlamırlar, hər şey mətbəx daxilində baş verir.  
 

Çin restoranlarından sonra bu bizim yediyimiz ən gözəl ördək yeməyi idi. Buna görə ikinci dəfə sifariş etdik. Bu anda mətbəxt formasında olan biri bizə yaxınlaşdı, əhvalımızı soruşdu və yeməklərdən razı qalıb-qalmadığımızla maraqlandı. Məlum oldu ki, o "Lee Kok Hua” restoranının baş aşpazıdır. Bizə şiddətlə tövsiyə etdi ki, ikinci dəfə sifariş etməyək, çünki bizim qarşıda çoxlu sifarişlərimiz var idi. Demək olar ki bizdəki kimi: "ver getsin". 

Biləndə ki, mənim restoran biznesi ilə əlaqəm var, məni mətbəxə dəvət etdi. Mətbəx çox geniş zaldır və buradakı çalışma qarışqa yuvasını xatırladır. Bütün elementlər sinxron şəkildə bir orqanizmi təmsil edirmişlər kimi quraşdırılıb. Bu dar məkanda çoxlu sayda insanın bir-birinə mane olmadan hərəkət edə bilməsi məni heyrətə saldı. 

Li ilə söhbət əsnasında mən təkcə mətbəxə baxmadım və həm də bizə verilən yeməyin reseptini öyrəndim. Xatirə şəkili çəkdirdikdən sonra bizə bildirdi ki, isti yeməkləri də çox dadlı olacaq. Mən də öz tərəfimdən Abu-Dabiyə gəldikdə "Hakkasan” restoranına baş çəkəcəyimi dedim. 

 
Əsas yeməklərin seçimi başladı:  Grilled Silver cod in chef's spicy sauce (Qrildə "morina” aşpaz tərəfindən verilən istiotlu sousla birgə) "Wok-fry Wagyu rib-eye beef in seafood  sause ” ( Vaqu əti və dəniz məhsullarından hazırlanmış sous), "Canadian lobster with xo sauce” ("XO” lobster sousu), " Roast chicken in sesame spicy sauce  (Küncüd sousunda qızardılmış toyuq). Qarnir kimi isə "Stir-fry lotus root,  asparagus”  və "Olive seafood fried rice” (qızardılmış düyü və dəniz məhsulları). 
  
Sousda olan və dəniz məhsullarından hazırlanmış "WOK” tavasında , meşə göbələkləri ilə birgə bişirilir. Bu yeməyi bizə isti pure ilə verdilər. 

Qeyd: "Vok” tavası ənənəvi çin tavalarından biridir. Dibi yumrudur və ilk olaraq qaynatmaq üçün nəzərdə tutulub. Bu kimi tavan müxtəlif məqsədlərlə istifadə edilə bilər.  


Kanada Lobsteri. Lobster açıq odda, "Baiyu”göbələklər,  çin çayırının çiçəkləri, zambaq tumurcuqları, istirdiyə, krevatka sousu və "XO” sousu ilə birgə bişirilir.  Müxtəlif delikateslərin əlavə olunduğu bu yemək təkrarolunmaz dadı ilə seçilir. 
 


 
Qeyd: Çin "XO” sousu elit məhsuldur. Dəniz məhsullarında ixtisaslaşmış bahalı restoranlar üçün hazırlanır.  "XO” sousu premium-sinif məhsulu kimi Çində hətta hədiyyə kimi istifadə edilir.  

 
Qızardılmış toyuq –  bu yemək ilə dəymədüşər restoran müştərilərini heyrətləndirmək çətindir, amma restoran bunu bacardı. 
 
Bütöv bir toyuq ağızda çırtıldayana kimi qızardılır. Bundan sonra onun sümükləri çıxardılır və doğranır. Daha sonra onun üzərinə qara göbələk, kəskin küncüd sousu əlavə olunur. Üzərinə isə araxis və kəsilmiş soğan qoyulur. Bu bizim sonuncu sifariş idi. Hamımız doysaq da, toyuqdan əsar-əlamət qalmadı. 

 
İsti yeməklərdən heç nə qalmadı. 
 
Yeməyin sonunda bizə, banan dondurmalı, şokaladlı "Fondan” verdilər. Onun içində ekzotik meyvələr var idi.  Meyvələr içərisində nar çox dadlı olsa da, bizim Göyçay və Kürdəmir narına çata bilməzdi, amma bizim restoranların da xarici kolleqalarına çatmasına çox var. 

Şam yeməyi başa çatdı və biz hamımız razılaşdıq ki, bu restoran dünyada ən yaxşılardan biridir. 14 qurmanı razı salmaq asan deyil. Heç kim yeməkdən şikayət etmədi.  

Mən çox təəssüf edirəm ki, Bakıda bu səviyyəli restoran yoxdur. Azərbaycanda ağız dadı və bacarıqlı əllərə sahib cavan aşpaz çoxdur. Amma onların bir çox məhsullarla işləmək vərdişləri yoxdur. 

Xarici ölkələrdə bir çox məktəblər yüksək peşəkar aşpazlar hazırlayır, lakin  bizim cavanların bu kimi imkanı yoxdur. Onlar təhsilləri üçün özləri pul ödəməlidir. Ümid edirəm ki, nə vaxtsa Azərbaycanda olan restorançılar bu təlabatı anlayacaq.  Onların təhsilinə yatırım etməklə, həmin restoranlar da uzun müddət uğurla işləyəcəklər. Bununla onlar ikinci dərəcəli xarici aşpazların xidmətinə ehtiyac duymayacaqlar. Bu müddətə qədər isə dünyanı gəzək və onun mətbəxindən zövq alaq.  

 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol