• $
  • €
  • ₽
  • ₺
  • £

Avropaya sərt etiraz

Avropaya sərt etiraz
18.04.2015 14:18
Qarabağ Müharibəsi Əlilləri qondarma erməni soyqırımı qətnaməsini pislədilər

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bu il aprelin 15-də Avropa Parlamentində qondarma "erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnaməyə etiraz bəyanatı qəbul edib.

ANS PRESS xəbər verir ki, sənəddə deyilir: "Avropa Parlamentində "erməni soyqırımı" ilə əlaqədar qəbul edilmiş qətnaməyə kəskin etirazımızı bildirərək, bunu reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub". 

Bəyanatda diqqətə çatdırılır ki, Avropa Parlamentinin bu addımı Qərbdə, o cümlədən qurumda mövcud olan ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz nümunəsidir. Necə olur ki, 100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən anti-türk, anti-Azərbaycan, anti-İslam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdür. Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə yanaşılır. Əslində, bu kimi hadisələrin tarixçilərin tədqiqat obyekti olacaqına imkan yaradılmır. Bütün bunlar bizdə dərin təəssüf hissi doğurur və haqq- ədalətin nə vaxtsa mütləq bərqərar olacağına inanırıq.

Bəyanatın sonunda vurğulanır: "Biz, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 57.000 (əlli yeddi min) üzvü adından, 15 Aprel 2015-ci ildə Avropa Parlamentində qondarma "erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnaməyə öz etirazımızı bildirir, bunu reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi qiymətləndiririk."


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol