• $
  • €
  • ₽
  • ₺
  • £

Mayın 7-də kreditlərin hansı məzənnə ilə ödənilməsi bəlli olacaq

Mayın 7-də kreditlərin hansı məzənnə ilə ödənilməsi bəlli olacaq
28.05.2020 22:35
Konstitusiya Məhkəməsi kredit borcları ilə bağlı məhkəmələrə müraciət edib

"Məhkəmələr kredit borclarının hansı məzənnə ilə qaytarılması ilə bağlı işlərə baxarkən Konstitusiya Məhkəməsinin mayın 7-də çıxaracağı qərarı gözləməlidir"

Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə məsələyə aydınlıq gətirib.
 
Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb.
 
"Qeyd edilməlidir ki, hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır. Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb.
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq.
 
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir və məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidir". - deyə məlumatda bildirilir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol