Dövlət Gənc Tamaşaçılar Teatrından daha bir Beynəlxalq layihə...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir Beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start vermək üzrədir.
ANN.Az xəbər verir ki, Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 3 ildən artıqdır ki, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri mövcuddur.
Teatr rəhbərləri arasında imzalanmış müqaviləyə əsasən Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” povesti əsasında "Cəhənnəmdən məktublar” tamaşasına quruluş vermək üçün bu günlərdə Bakıya səfər edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























