• $
  • €
  • ₽
  • ₺
  • £

“Televiziyalardakı Azərbaycanda yaşamaq istəyirəm” - FOTOLAR

“Televiziyalardakı Azərbaycanda yaşamaq istəyirəm” - FOTOLAR
20.04.2015 16:19
Bu gün yolumu Sabunçu qəsəbəsində yerləşən,  el arasında  "Rus bazarı” kimi tanınan,  eləcə də sovet dönəmində "kolxoz bazarı”, "ikinci əl bazarı” adlanan məkandan saldım. Ancaq "nəyə niyyət, nəyə qismət” deyiblər. Qeyd olunan ünvana yetişəndə mənzərə belə idi: lələ köçüb, yurdu qalıb. Nə bazar fəlsəfəsinə uyğun olaraq hay-küy, nə satıcıları, nə də ki, alıcıları görə bildim. 

Bazarda tək-tük öz həyətyanı təsərrüfat mallarını satışa çıxaran şəxlər var idi. Onlardan öyrəndim ki, "rus bazarı”nın əsas alverçiləri başqa yerdə çalışırlar. Sadəcə şənbə və bazar günləri bura gəlirlər.

Bu cavabdan sonra çar-naçar geri qayıtmaq istəyirdim ki, vaxtilə gur alverin getdiyi bir məkanda yel vurub yengələrin oynadığını gördüm. Bazarın hər künc-bucağında zibillik, pərakəndəlik, səliqəsizlik diqqətimi cəlb etdi. Güclü küləyin örtüyünü atıb ortalıqla bir etdiyi satılıq mallar hər tərəfə səpələnmişdi.

"Rus bazarı”nın yaxınlıqda yerləşən başqa bir alış-satış məkanındakı satıcı qadınlarından biri ilə söhbət etdim. Fotosunu çəkməyə razılıq verməsə də, bir-iki sualımı cavablandırdı. Dedi ki, Gədəbəydən gəlib: "Sənin boyda oğlum var, burda oxuyur. İndi uşağa pul verməsən, valideyninin üzünə baxırmı? Çörəyimizi daşdan çıxarırıq”. 

Daha sonra sınıq məişət mallarının təmiri ilə məşğul olan ustanı söhbətə tutdum:  "Bu mənim ikinci iş yerimdir, oradan çıxan kimi gəlib burada icarəyə götürdüyüm dükanda işləyirəm. Üç böyük oğlum var, imkanım olmayıb oxudam onları, amma işləyirlər, çox şükür. Televizora baxıram bala, çox istəyərəm ki, orada göstərdikləri Azərbaycanda yaşayam. Reallığı görmək istəyirlərsə, bircə dəfə gəlib bu mühitə baxsınlar, kifayətdir”...

Fərqanə Novruzova

Fotolar müəllifindir
 
 
 

























































































































































































































































 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol