• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili girovlarla bağlı çağırış etdi

Millət vəkili girovlarla bağlı çağırış etdi
20.04.2015 17:59
Bu gün Avropa Şurası parlamenr assableyasının yaz sessiyasının ilk günündə ilk olaraq məruzəçi P.Agramundun hazırladığı "İnkişaf məruzəsi” müzakirə olunub. 

"Qafqazinfo”ya daxil olan məlumata görə, müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək  AŞPA-nı Azərbaycanlı girovlar Şahbaz Quliyev və  Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb.  O deyib: " Mən cənab məruzəçinin və əziz həmkarlarım sizin diqqətinizə bir məsələni çatdıraraq bu istiqamətdə səylərinizi artırmağa çağırıram. Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova  qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. 

Bu günə qədər də  bütün beynəlxalq çağırışlara, o cümlədən, Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də  girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından, əziz dostlar sizdən dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol