• $
  • €
  • ₽
  • ₺
  • £

“Qafqazlı qardaşqızı” Musiqili Teatrda - Fotolar

“Qafqazlı qardaşqızı” Musiqili Teatrda  - Fotolar
21.04.2015 13:55
 Azərbaycan Dövlət Musiqili Teatrında yeni bir tamaşanın məşqlərinə start verilib.
 
 
ANN.Az xəbər verir ki, Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirir ki, söhbət SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” operettasından gedir.
 
Teatrın rus bolməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti,  incə, məntiqli yumoru ilə seçilən "Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalcikin, Volqaqradın Musiqili Teatrlarında tamaşaya qoyulub. "Bu operetta mənim üçün çox dəyərlidi – 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu möhtəşəm operettası milli musiqi mədəniyyətimizin də klassikasıdır. Əsərin parlaq komedik süjeti, sevgi toqquşmaları sözsüz ki, tamaşaçıları özünə cəlb edəcək. Mən Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən Əbülfəz Qarayevə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarıməsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olan "Qafqazlı qardaşqızı”nın yenidən Bakı səhnəsinə qayıtması əvəzolunmaz Azərbaycan bəstəkarı Rauf Hacıyevin yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq” - deyə  quruluşçu-rejissor Əli Usubov bildirib.
 
 
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada əsas rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edirlər.




 


 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol