"Qanun"-dan 3 kitab birdən

Bu gün Qanun nəşrlər evində üç yeni kitab yayıma göndərildi. Bunlar Frans Kafka "Atama məktub” və Bürhan Sönməz "Məsumlar” və Rəhman Q. Əhmədov "Lokal Marketing” əsərləridir.
Qorxaq oğlun tiran ataya məktubu
Atama məktub Frans Kafkanın atası ilə son həddə gərginləşən münasibətinə aydınlıq gətirmək məqsədilə yazılsa da heç vaxt göndərilməyib. Əslində ata oğul münasibətinə həsr olunsa da, bu məktub onun yaradıcılığı, şəxsiyyəti və yazıçı psixologiyasına böyük işıq salmış və qiymətli yaradıcılıq nümünəsinə çevrilmişdi.
Atama məktub Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
1919-cu ilin yanvarında Kafka Şlesendəki kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi götərilir.
Yüz səhifəlik əlyazmasından ibarət bu məktubda Kafka atası ilə konflikti çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.
Tərcümə: Vilayət Hacıyev
İnsanı alt-üst edən roman – Məsumlar
Burhan Ölməz bu əsərdə bizi həm öz həqiqətimizi, həm də qarşımızdakının həqiqətinin dərk etməyə yönəldir.
Özüylə "Sirr kitabı” gəzdirən bir qadın, məsum şeirlərə inanır. Yuxusuz bir adam, qəbiristanlıq və ölümün sahilindən keçərək həyata uyğunlaşmağa çalışır.
Hər kəsin bir sirri və bir günahı vardır. O və qadın, bir gün taleyin sınıq körpüsündə qarşılaşırlar. Qadın "kitap falı” açır, o da özü-özünə çöl nəğmələri pıçıldayır.
Haymana ovalığında, Tehranda və Kembricdə keçən həyatlar…
Köhnə zamanların ümidini özündə əks etdirən bu romanda Bürhan Sönməz fərqli küləklərin sovurduğu çoxsaylı qəhrəmanları mahir bir incəliklə bir araya gətirir.
Tərcümə: Zinyət Əmirova
Lokal Marketing-də milli biznes sahələrinə ətraflı baxış
Fərqlənmək üstünlükdür
Hansı coğrafiyada yaşamağımızdan asılı olmayaraq, fərqlənmək hər dövr üçün üstünlükdür. İstər intensiv rəqabətli, istərsə də monopolizmin baş aldığı bazarlarda fərqlənmək şərtdir. İlkində fərqlənmək sizə rəqiblərinizlə savaşlardan qalib ayrılmağa, digərində isə bazar payınızı böyütməyə xidmət edəcəkdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























