Bakıda "VitArt" qrupunun qeyri-adi sərgisi keçiriləcək - İLK DƏFƏ

Aprelin 25-də Bakıda "1969" qalereyasında ilk dəfə olaraq öz orijinallığı ilə seçiləcək "Zivə” fotosərgisi keçiriləcək.
ANN.az-ın məlumatına görə, tədbirin təşkilatçısı entuziast gənclərdən ibarət olan "VitArt" qrupudur.
"Zivə" - şəkil mübadiləsi və dünyada insanları birləşdirən foto hərəkət üçün məşhur layihədir.
Yeni formatın mahiyyəti ondadır ki, istənilən şəxs öz foto-rəsmlərini adi lentlərə köçürə, yaxud başqa müəlliflərin fotolarını öz yaddaşlarına sala bilərlər. Bu format tamamilə qeyri-adidir. Bu hər bir həvəskara öz qabiliyyətini üzə çıxarmağa imkan verir.
"VitArt" qrupunun gənc fotoqraflar-Mirbağırlı Ülkər, Qasımzadə Fərəh, Zülfüqarov Rasim, Şərifzadə Dilarə, Məmmədli Maya, Əliyeva Nazilənin yaratdığı birlikdir. Birliyin "Şəhər və insanlar” adlı ilk sərgisi 2013-ciilin mayında keçirilib.

www.ann.az
























