Ancelloti: "Ardanın qırmızı kart alması..."

Karlo Ancelotti "Atletiko Madrid"ə qalib gəlməklərini çox yüksək qiymətləndirib.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Atletiko Madrid"i 1-0 hesabı ilə məğlub edərək yarım finala yüksələn "Real Madrid"in baş məşqçisi Karlo Ancelotti oyundan sonra mətbuata açıqlamalar verib.
"Sky Sports"a danışan İtalyalı məşqçi çox yaxşı oynadıqlarını deyib: "Oyunun əvvəlindən sonuna qədər meydanda nəzarət əlimizdəydi. Topa sahib olma daha çox bizim xeyrimizə idi, bunun üçün də rəqibin daha çox hücum etməsinə şərait yaratmadıq."
Ancelotti Arda Turana qırmızı kart göstərilməsi məsələsinə toxunarkən belə deyib: "Əlbəttə 10 adamla oynamaq hər zaman daha çətindir. Qırmızı kartın göstərilməsinin doğru olub-olmadığını bilmirəm, bu hakimin öz qərarı idi.
Qələbə qolunu vuran Çikkaritonun oyunu haqqında baş məşqçi bu sözləri dedi: "Bu mövsüm çox oynaya bilməmişdi və bu qolu vurmağa həqiqətəndə layiq idi.
Nə zaman ehtiyacımız olsa həmişə hazır idi. Ondan çox məmnunam."
Yarım finalın çətin keçəcəyini bildirən Ancelotti sonda deyib: "Keçən il olduğu kimi yarımfinallarda hər şey ola bilər. Əlimizdən gələnin ən yaxşısını etmək istəyirik."
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























