• $
  • €
  • ₽
  • ₺
  • £

MTN xüsusi əməliyyat keçirdi: 9 nəfər saxlanılıb

MTN xüsusi əməliyyat keçirdi: 9 nəfər saxlanılıb
23.04.2015 15:07
MTN-in keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.

MTN İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, "İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Abbasov Qabil Bəhram oğlu saxlanılıb, keçirilmiş baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılıb, baxış zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkarlanıb. Müəyyən edilib ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə gətiriblər.

MTN-in daha bir əməliyyat-axtarış tədbiri nəticəsində "İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət oğlu saxlanılıb, keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana götürülüb.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkarlanıb.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Abbasov Qabil Bəhram oğlu, Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu, Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu, Nəcəfov Anar Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol