Bakcell Portmanat ödəniş sisteminə qoşulub
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri Portmanat ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər.
Portmanat gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan istənilən şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər həyata keçirə və yenidən "Portmanat”a pul qoya bilər.
Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər Portmanat Code xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər. Bununla yanaşı Portmanat xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata keçirilməsi mümkündür. Proqramı bu linkdən istifadə edərək pulsuz yükləmək olar https://play.google.com/store/apps/details?id=az.Portmanat.Mobile Portmanat barədə daha ətraflı məlumatı https://www.portmanat.az/ səhifəsindən əldə etmək olar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























