• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir möhtəşəm layihə - FOTOLAR

Bakıda daha bir möhtəşəm layihə - FOTOLAR
24.04.2015 11:20
Layihəyə əsasən 220 yaşayış binası tikiləcək.

Yaxın illərdə Hövsan qəsəbəsində "Peyk şəhər” adlı unikal layihənin icrasına başlanılacaq.

Hazırda layihənin kompleks inkişafı üzərində iş gedir. Bu barədə tikinti işlərini həyata keçirəcək "AS Group İnvestment” şirkətindən AzərTAc-a bildirilib.

"Peyk-şəhər” tikiləcək sahə kifayət qədər geniş ərazini əhatə edir, ümumilikdə isə qəsəbənin inkişafına və Bakı şəhərinin urbanizasiya ilə bağlı problemlərin aradan qaldırılmasına xidmət edəcək.

İnşaat işləri 330 hektar ərazidə görüləcək. Tikintinin birinci mərhələsində 50 hektar sahədə orta mərtəbəli yaşayış binaları və digər infrastruktur obyektlərinin inşası planlaşdırılır.

Layihəyə əsasən burada 3-9 mərtəbəli 220 yaşayış binası, 6,36 hektar ərazidə uşaq bağçası, məktəb, tibb mərkəzi, idman və məşq zalları, mağazalar, kafe və restoranlar, məscid tikiləcək.

Ərazinin 8,95 hektarında inzibati binalar, təhsil müəssisələri, 8 hektar sahəni təşkil edən mərkəzi hissədə isə xidmət, yaşayış və inzibati binalar yer alacaq.

Layihənin özəlliyi ondadır ki, kompleks ərazisində 10,7 ha sahədə süni göl yaradılacaq. Bundan başqa salınacaq tematik əyləncə parkı da bu yaşayış massivinin landşaftına xüsusi gözəllik verəcək.

Ərazi tam yaşıllaşdırılacaq və geniş abadlıq işləri görüləcək.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol