• $
  • €
  • ₽
  • ₺
  • £

Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət olundu

Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət olundu
24.04.2015 20:45
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birləşmiş Qrupda təmsil olunan qeyri-hökumət təşkilatlarının toplantısı keçirilib.

Bu barədə APA-ya İnsan Hüquqları üzrə Birləşmiş Qrupda təmsil olunan hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib.
 
A. Abdullayevanın sözlərinə görə, toplantıda Birləşmiş Qrupda təmsil olunan 11 QHT-nin rəhbəri iştirak edib: "İclasda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya mayın sonunda əfvlə bağlı müraciət olunub. Müraciətdə NİDA hərəkatının üzvlərinin, Əli İnsanovun, İlqar Məmmədovun, Arif Yunusun, Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Hilal Məmmədovun, Xədicə İsmayılın və digərlərinin əfv olunması xahiş edilib. Daha bir müraciət isə Tofiq Yaqublunun əfv ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb. Biz istəyirik ki, Tofiq Yaqublu qızının yas mərasimindən sonra həbsxanaya geri dönməsin”.
 
Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrup Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək 2014-cü il oktyabrın 22-də ilk iclasını keçirib. Qrupun həmsədrləri Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. Qrupun son iclası 9 aprel 2015-ci ildə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın xüsusi nümayəndəsi, AŞ-nin siyasi işlər üzrə şöbə müdiri Aleksander Gesselin iştirakı ilə keçirilib. 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol