• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı-2015” Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb

“Bakı-2015” Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb
24.04.2015 22:42
Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov bildirib ki, Avropa Oyunlarının keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi Parkinq İcazələri veriləcək: "İdman obyektlərinin ətrafında Parkinq Nəzarət Zonaları mövcud olacaqdır ki, bu zonalarda parkinq məhdudlaşdırılacaq. Yalnız bu zonalara daxil olan ərazidə yaşayan sakinlərə xüsusi Parkinq İcazələri veriləcəkdir. Digər sürücülər öz nəqliyyat vasitəsi ilə həmin ərazidə sərbəst şəkildə hərəkət edə bilər, lakin nəqliyyat vasitəsini parklaya bilməz.

Həmin ərazilərdə yaşayan sakinlər nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş Parkinq İcazələri olduqda, Parkinqə Nəzarət Zonalarına daxil olan ictimai yollarda qanunla parkinqə icazə verilən yollarda saxlaya bilərlər. Burada əsas məqsəd idman obyektlərinə yaxın ərazilərdə yaşayan sakinlərin Avropa Oyunları zamanı rahatlığını təmin etməkdir. 

Bu Parkinqə Nəzarət Zonalarında Parkinq İcazəsi olmayan nəqliyyat vasitələri park edilərsə, evakuatorlar vasitəsilə təxliyyə olunacaq və müvafiq qaydada cərimə ediləcək.

Bundan əlavə, hər bir idman obyekti üçün veriləcək Parkinq İcazələri üzərində yalnız həmin idman obyektinə şamil edilən kod (rəqəm) ilə fərqləndiriləcək. Məsələn, hər hansı sakinə verilən Parkinq İcazəsi onun yaşadığı ərazidə mövcud idman obyektinə aiddirsə, həmin icazə ona avtomobilini digər idman obyektinin yanında parklamaya icazə vermir”.

O deyib ki, sakinlər Parkinq İcazələrini müvafiq sənədləri təqdim etməklə yaşadığı ərazi üzrə Mənzil-İstismar Sahələrindən əldə bilərlər. "İcazələr may ayının 15-dən sonra veriləcək və bu icazələr avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır. Vəsiqə itdikdə və ya yararsız hala düşdükdə, yenisi ilə əvəz olunmur. Sakinlərdən Parkinq İcazələrinə ehtiyac olub-olmadığını bilmək üçün hər bir idman obyekti üzrə müvafiq küçələr qeyd olunan xəritələri yoxlamaları və yalnız icazə almalarına ehtiyac olduğu zaman, müraciət etmələri xahiş olunur. Bundan əlavə, qeydiyyatdan keçməyən sakinlər Parkinq İcazəsinə ehtiyac varsa, müvafiq qaydada sənədlərini təqdim etməklə Mənzil İstismar İdarələrinə müraciət edə bilərlər”.

X. Ələkbərov əlavə edib ki, həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə Parkinq İcazələri verilməyəcək: "Əgər həmin qurum və şirkətlərin parkinq ərazisi varsa, ondan istifadə edə bilərlər, əgər yoxdursa, tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər”.

Şöbə müdiri deyib ki, Avropa Oyunları zamanı Bakıda şəxsi avtomobillərini idarə etmək üçün heç bir buraxılışa ehtiyac yoxdur.








www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol