• $
  • €
  • ₽
  • ₺
  • £

Promotur davam edir: Elnur Moskvanı fəth etdi

Promotur davam edir: Elnur Moskvanı fəth etdi
27.04.2015 14:42

Son bir necə həftə Elnur üçün çox dolğun keçdi – promotur çərçivəsində o, daha çox ölkələrə səfər etmək və "Eurovision 2015” qabağı öz pərəstişkarları ilə görüşmək üçün daim yollarda oldu. İndi növbə Moskvaya çatdı. Aprelin 24-də Azərbaycanlı ifaçı Rusiyanın paytaxtına gəldi.


Moskvada Elnurun günü «Music Box» efirində müsahibə və «Hour of the Wolf» müsabiqə mahnısının klipinin təqdimatı ilə başladı. Sonra o, hər il keçirilən "Eurovision” öncəsi qala-konsertə həsr olunan mətbuat konfransında iştirak etdi. Bu il konsert «Place de Paris Korston» zalında keçdi.

Moskva konsertinə 10-dan artıq ölkənin təmsilçisi qatılmışdı, o cümlədən Rusiyalı ifaçı Polina Qaqarina və ötən illərin müsabiqə iştirakçıları.

Konsert zamanı Elnur «Hour of the Wolf» mahnısını ifa etdi və zaldakı tamaşaçıları tamamilə ələ aldı. Çıxışdan sonra müğənni əyləncəli gecəyə getdi və burada müsabiqə həmkarları ilə tanış oldu.

Elnur Hüseynov mayın 21-də "Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında «Hour of the Wolf» mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.
-----
Elnur barədə son xəbərləri rəsmi səhifələrdə izləyə bilərsiniz:
facebook.com/elnurhuseynovofficialaz
twitter.com/lnrhsynv
https://instagram.com/elnur.huseynovofficial/


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol