• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ilk elmi-texniki laboratoriya Azərbaycandadır - VİDEO

Dünyada ilk elmi-texniki laboratoriya Azərbaycandadır - VİDEO
27.04.2015 16:07
Əsası 1947-ci ildə qoyulan Neft Daşlarında bu gün 3 500-dən artıq insan çalışır.
 
"Report"un xəbərinə görə, burada çalışanların müayinə və müalicə olunması üçün tibb məntəqəsi, onların yaşaması və qidalanması üçün 7 yataqxana və 2 yeməkxana və asudə vaxtlarını təşkil etməsi üçün park, futbol stadionu, idman zalı, çay evi və muzey var.

Ərazidə yerləşən tibb məntəqəsində stomatoloq və cərrahiyyə kabinələri var. Həmçinin burada rentgen aparatı vasitəsilə yoxlamalar aparmaq da mümkündür. Neft Daşları Tibbi Sanitar Hissəsinin (THS) ehtiyat dərmanları sırasında şok əleyhinə dərmanlar da var. Bu isə ən ağır vəziyyətdə olan xəstələrə belə ilkin tibbi yardım göstərməyin mümkün olduğunu göstərir.

Durumu ağır olan xəstələr gəmi və helikopterlər vasitəsilə digər xəstəxanalara təxliyə olunur.

Neft Daşları Tibbi Sanitar Hissəsinin növbətçi həkimi, terapevt Çingiz Məmmədov "Report"a deyib ki, onlara sutka ərzində 100-ə qədər müraciət daxil olur və müraciətlərin əksəriyyəti kəskin respirator xəstəliyi ilə bağlı olur: "Müxtəlif istiqamətlər üzrə - kardioloji və stomatoloji problemlərlə bağlı da müraciətlər daxil olur. Amma indi ən çox kəskin respirator xəstəliyi olan xəstələr gəlir".

C.Məmmədovun sözlərinə görə, xəstələri ağırlıq dərəcəsindən asılı olaraq ya Çilov adasındakı xəstəxanaya, ya da Bakıya göndərirlər.

Neft Daşları həmçinin dünyada ilk elmi-texniki laboratoriya hesab olunur. Burada yerləşən mərkəzlərdən biri də müxtəlif növ kimyəvi analizlər aparılan laboratoriyadır. Laboratoriyada gün ərzində 10, bəzi hallarda isə 20-25 analiz aparılır.

"Neft Daşları"nın laboratoriyasında kimyəvi tədqiqatlar üzrə laborant çalışan İnna Şıxiyeva isə əsasən məhlullarda neftin və suyun miqdarını ölçdüyünü deyib. Onun sözlərinə görə, kolbaya tökülmüş məhlul 10 dəqiqə ərzində aparatın içərisində dövr etdikdən sonra neft və su ayrılır və bununla da suyun həcmi müəyyən olunur. 
 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol