• $
  • €
  • ₽
  • ₺
  • £

"Mərkəzi Bank ciddi addımlar atmalıdır" - Ekspert

"Mərkəzi Bank ciddi addımlar atmalıdır" - Ekspert
27.04.2015 17:04
Uzun müddət manatın sabit qalması, bank sektorunun müflisləşmə hallarının olmaması və ən nəhayət əmanətlərin dövlət tərəfindən sığortalanması əhalinin vəsaitlərini banklara etibar etməsinə gətirib çıxardı. Hətta bir neçə bankın bazarı tərk etməsi də əmanət bazarında gərginlik yaratmadı. Əsas səbəb əmanətlərin sığortalanması idi. Ölkədə əmanət cəlb edən bütün banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və valyuta növündən asılı olmayaraq 12 faizə qədər illik faiz dərəcəsi ilə yatırılan bütün əmanətlər sığortalanır, yəni dövlət tərəfindən zəmanət verilir.

ANN.Az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyevin bildirdiyinə görə, dünyanın 100-dan çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Ekspert hesab edir ki, Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq barədə aşağıda sadalanan addımları atmalıdırlar:

1. Sığortalanan əmanətlər üzrə kompensasiya məbləğinin 30 min manatdan 50 min manata qaldırılması. Bu addım daha çox əmanətin sığorta sisteminə düşməsinə imkan verər. 2014-cü ilin məlumatların istinad etsək, görərik ki, əmanətlərin təxminən 30 faizi kompensasiya olunur.

2. Əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsinə uyğun artırılması. Sığortanın tətbiq edildiyi faiz limitinin (12%) aradan qaldırılması düzgün olardı. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsi arasında asılılıq yaradılmalıdır. Bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, Fonda bir o qədər də yüksək sığota haqqı ödəyər. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər.

3. Əgər Fond faiz limitini aradan qaldırmaq istəmirsə, bu halda limit valyuta növündən asılı olaraq differensiallaşdıra bilər. Əhalinin dollar əmanətinə axının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollar əmanətləri üzrə sığortalanma faizini 12%-dən 6%-ə endirilməsi məqsədəuyğun olardı. Bu addım əhalini manatla əmanət qoymasına stimullaşdıra bilər.

4. Əmanətlərin sığortalanmasını yoxlayan elektron bazasının yaradılması. Müşahidələr göstərir ki, bəzi banklarda uçot sistemi hələki mükəmməllikdən uzaqdır. Bu isə əmanətçilərdə vəsaitlərinin sığortalanmasına şübhə yaradır. Əmanətlərin Sığortalanması Fondunda sığortalanan əmanətlərin elektron bazasını yaratmaqla əmanətçiyə öz vəsaitinin sığortalanmasını yoxlamaq imkanı vermiş olar. Əmanətçi Fondun saytına daxil olmaqla bankla bağladığı əmanət müqaviləsinin nömrəsini, adını və soyadını daxil etməklə əmanətinin sığortalanmasını yoxlaya bilər. Bank sirrinin yayılmaması üçün ancaq bir cavab - "Sizin əmanət qorunur” və ya "Sizin əmanət qorunmur” kimi cavabın yazılması məsləhət olardı. Bununla da bankın mümkün məsuliyyətsizliyinin qurbanı olmaz.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol