• $
  • €
  • ₽
  • ₺
  • £

Afaq Bəşirqızının yubileyinə həsr olunan tamaşa anşlaqla keçdi - Fotolar

Afaq Bəşirqızının yubileyinə həsr olunan tamaşa anşlaqla keçdi - Fotolar
27.04.2015 16:47

25-26 aprel tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında Respublikanın Xalq artisti, "Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasının premyerası böyük uğurla keçib.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən bildirilib ki, iki gün ard-arda nümayiş olunan tamaşa anşlaqla keçib. Afaq xanımın hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaq üstə alqışlayıblar. Bu coşqu, səngimək bilməyən alqışlar Afaq Bəşirqızının Azərbaycan xalqı tərəfindən necə böyük bir məhəbbətlə sevildiyinin əyani subutu, bənzərsiz aktrisaya tamaşaçı sevgisinin parlaq nümayişi idi.
 
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü ifa edir. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
 
 
Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov iştirak edirlər.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol