• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
27.04.2015 20:30
I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir

Bu gecədən etibarən Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

"Azəryolservis” ASC-dən "APA-Economics”ə verilən məlumata görə, "Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılır. Bu məqsədlə prospekt axşam saat 22:00-dan etibarən səhər saatlarınadək "Böyükşor” yol qovşağından "20 Yanvar” dairəsinədək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ olaraq Heydər Əliyev prospektinin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, eni 3,75 metr olan "Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə I Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.

I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini "Atletlər” və "Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti -"20 Yanvar” dairəsi - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) - Bakı Dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa Ziya Bünyadov prospekti - Atatürk prospekti - Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti - Atatürk prospekti - Vaqif küçəsi - Hənifə Ələsgərov - Cəlil Məmmədquluzadə küçələri - Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol