• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni zamanın pivəsi

Yeni zamanın pivəsi
28.04.2015 11:00
Pivə ən populyar və sevimli içkilərdən biridir. Onu dünyanın bütün ölkələrində içirlər, lakin, müxtəlif millətlərin zövqləri və seçimləri fərqlənir.

İçkilərin istehsalına həsr olunmuş Amerika saytı Vinepair xəritəni çəkərək, bu xəritədə dünyanın müxtəlif ölkələrindəki pivəsevərlər tərəfindən hansı pivə nişanına üstünlük verildiyini qeyd etmişdir. Vinepair xəritənin yaradılması üçün "Euromonitor” bazar araşdırması şirkətinin məlumatlarından istifadə etmiş, eləcə də, bütün dünyada fəaliyyət göstərən pivə şirkətlərindən bazardakı mövqeləri əsasında tərtib olunan ən populyar pivə növlərinin siyahısını toplamışdır. İrihəcmli iş sayəsində nəşriyyat 100-dən artıq ölkədə pivənin daha populyar çeşidlərini aşkar etməyə nail olmuşdur. Milli brend olan «Xırdalan» xəritədə Azərbaycanın ən məşhur pivə brendi seçilmişdir. Washington Post, DailyMail kimi populyar nəşrlər, eləcə də, traveler24 kimi turist saytları pivə xəritəsini təkrarən nəşr etmişdirlər.


 «Xırdalan» 1999 ildən etibarən  «Baltika-Bakı» zavodunda istehsal olunur. Xırdalan brendini ənənəvi reseptə əsasən istehsal edirlər — onun tərkibinə yalnız klassik inqrediyentlər: səməni, mayaotu və su daxildir. Azərbaycan pivə sevərlərinin seçimi ilə daima maraqlanan «Baltika-Bakı» pivəsinin yaxşılaşdırılması üçün imkanlar axtarır.

2015-ci ilin aprel ayında  «Yeni zamanın pivəsi» şüarı altında «Xırdalan» brendinin yeni imic kampanyası başlamışdır. Bu şüar altında milli pivə brendi zamanla ayaqlaşan dinamik inkişafını nümayiş etdirir. «Xırdalan» brendi inkişaf edir və ölkəmiz ilə birlikdə modernləşir.

 İmic kampanyası çərçivəsində yerli telekanalların efirində videoçarx nümayiş olunur. Videoçarx ölkəmizin inkişafından və istehlakçıların zövqünə uyğun olmaq üçün  «Xırdalan» pivəsinin əldə etməyə çalışdığı  yeni yüksək standartlardan bəhs edir. Videoçarx qəhrəmanları –gənc və uğurlu insanlardır. Bu gənclər əldə etdikləri nailiyyətlər ilə kifayətlənmirlər və özləri üçün yeni inkişaf perspektivlərini kəşf etməyə can atırlar. Onlar sevinclərini dostları ilə paylaşır və bu zaman  «Xırdalan» pivəsindən də həzz almağı unutmurlar.

Aşağıda «Xırdalan» brendinin yeni imic videoçarxını təqdim edirik:

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol