• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Azərbaycan Avropa üçün yeganə təbii enerji mənbəyidir

İlham Əliyev: Azərbaycan Avropa üçün yeganə təbii enerji mənbəyidir
28.04.2015 11:38
"Azərbaycan beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkir, tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür, Xocalı soyqırımına məruz qalmışıq”.

APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: 

"Sənədlərdə qeyd olunub ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır”.

Forumun keçirilməsinin əhəmiyyətini vurğulayan prezident deyib ki, belə bir tədbirin Bakıda keçirilməsi çox mühüm hadisədir: 

"Tədbirdə dünya siyasətinə dair mühüm məsələlər müzakirə olunacaq. Yüksək səviyyəli siyasətçilərin bu tədbirdə iştirakı və mühüm məsələlərin müzakirəsi unikal imkandır”.

Dövlət başçısı bildirib ki, Nizami Gəncəvi Mərkəzi mühüm təsisata çevrilib: 

"İnanıram ki, bu Mərkəz gələcəkdə dünyada gərginliyin azaldılması, əməkdaşlıq üçün daha münbit şərait yaradılması üçün öz töhfəsini verəcək. Bu Mərkəz sosial, humanitar, siyasi məsələlərə dair məqamları müzakirə edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olub. Azərbaycan Avropa və Asiya arasında təbii-coğrafi körpüdür, indi isə Avropa və Asiya arasında mədəni körpüyə çevrilib. Azərbaycanda müxtəlif etnik və dini nümayəndələri tolerant şəraitdə yaşayıb, Azərbaycan beynəlxalq multikulturalizm mərkəzinə çevrilib, gələn ay da bununla bağlı mühüm tədbir keçirəcəyik”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan 20 ildir ki, müstəqildir və böyük nailiyyətlər əldə olunub: 

"Müstəqillik dövründə göstərdik ki, xalqımız öz gələcəyini özü qura, dünyada öz mövqeyini ortaya qoya bilər. Təbii ki, Azərbaycan enerji resurslarına malikdir, lakin müstəqil olmayan dövrdə həmin resurslardan yararlana bilmirdik. Azərbaycan II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə ən mühüm rollardan birini oynadı, SSRİ-nin neftinin 70 faizini Azərbaycan təmin edirdi. Lakin müstəqillik dövründə iqtisadiyyatın durumu pis idi, xaos vəziyyəti vardı. Bizim qarşımızda həm də planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitar rejimdən demokratik rejimə keçid dururdu. Bu gün Azərbaycanda azad cəmiyyət var, siyasi dəyişikliklər davam edir”.

Dünyada radikallaşmadan söz açan dövlət başçısı deyib ki, radikallaşma sabitliyə zərbədir: 

"Yoxsulluq, işsizlik isə radikallaşmaya zəmin yaradır”.

İlham Əliyev bildirib ki, bu səbəbdən təhsil radikallaşmadan qorunma, inkişafa aparan yoldur: 

"Biz ölkəmizi azadlıq, demokratiya yolunda inkişaf etdirməli, müstəqilliyimizi gücləndirməliyik”.

Azərbaycanın enerji daşıyıcılarının təchizatı sahəsində rolunu gücləndirdiyini deyən prezident bildirib ki, Azərbaycan regionda yeni enerji xəritəsi yaradıb:

Dövlət başçısı bildirib ki, nəinki Azərbaycanın öz enerji resursları, hətta Xəzərin şərqindəki enerji ehtiyatları da yaradılan infrastrukturla dünya bazarlarına çıxarılacaq: 

"TANAP layihəsi artıq başlayıb, daha sonra TAP layihəsi icra olunacaq. Bolqarıstan da Azərbaycanın enerji siyasətinin bir hissəsi olacaq. Əminəm ki, Balkan regionunda yerləşən ölkələr gələcəkdə bizim layihələrə qoşulacaq. Azərbaycanın nəhəng enerji ehtiyatları var, 2018-2019-cu illərdə bu layihələr icra olunmalıdır. Bununla bağlı Bakıda Məşvərət Şurasının iclası keçirilib”. 

Prezident qeyd edib ki, enerji təchizatının şaxələndirilməsi milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir: 

"Avropa üçün yeganə təbii enerji mənbəyi Azərbaycandır. Biz başqa enerji təchizatçıları ilə rəqabət apardığımızı demirik. Azərbaycan növbəti ay Riqa sammitində iştirak edəcək. Avropa Birliyinin 7 ölkəsi ilə enerji sahəsində əməkdaşlıqla bağlı saziş imzalamışıq. İnanıram ki, Avropa Birliyi müxtəlif ölkələrlə müxtəlif əməkdaşlıq formatlarına, o cümlədən Azərbaycanla strateji tərəfdaşlıq formatına üstünlük verəcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol