• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov: “Sürücülərdən çox xahiş edirəm...”

Vaqif Əsədov: “Sürücülərdən çox xahiş edirəm...”
28.04.2015 15:07
"Sürücülərin yerli-yersiz qəza işıqlardan istifadə etmələri süni tıxacların yaranmasına səbəb olur. 

Bu işıqlardan belə tez-tez istifadə etmək isə sürücüləri məsuliyyətdən azad edə bilməz”.
 
Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, sürücülərin parkomatlardan düzgün istifadə etməməsi tıxacların və qəza şəraitinin yaranmasına səbəb olur:
 
"Sürücülərdən artıq dərəcədə xahiş edirəm, yol hərəkəti haqqında qanuna hörmət əlaməti olaraq, parkomatlardan düzgün istifadə etsinlər. Parkomatların əhatə dairəsində icazə verildiyi formada avtomobil saxlasınlar. Bu, dayanma-durma qaydalarının pozulması deməkdir. Belə olduqda yol polisi əməkdaşına sürücüyə qarşı tədbir görülməsinə şərait yaradır. Bu gün bir çox sürücülər parkomat aparatlarının quraşdırıldığı yerlərdən bir qədər kənarda, avtomobillərin hərəkətini məhdudlaşdıran döngələrdə, dayanacaqlara yaxın, köndələn formada avtomobil saxlayırlar. Sürücülər dayanma-durma əməliyyatını düzgün həyata keçirmədikləri üçün onlar barədə müvafiq tədbirlər görülür. Yəni həmin avtomobil evakuasiya edilir, sürücü avtomobildədirsə, haqqında protokol da yazılır”.
 
Sürücülərin yerli-yersiz qəza işıqlarından istifadə etdiyini deyən V.Əsədov paytaxtın tıxac böhranının məhz sürücülərin ucbatından yarandığını bildirdi:
 
"Bu gün bəzi sürücülər qəza işığını yandırıb hansısa işin dalınca gedirlər. Bunu etmələrinə səbəb, guya bir neçə dəqiqəlik işlərinin olması və ya vacib bir işinin çıxması, məcburiyyətdən burda saxlaması barədə informasiya verməkdir. Ancaq bu, qətiyyən düzgün deyil və yolverilməzdir. Sürücülər birdəfəlik bilsin ki, qəza işıqları yandırıb avtomobillərin hərəkətinə problem yaratmaq onları məsuliyyətdən azad edə bilməz. Əgər qayda pozulubsa, heç bir müzakirəsiz qanun yerinə yetirilməli, sürücü cərimələnməlidir. Bu gün rahatlıqla hər bir maşın həvəskarı istədiyi avtomobili əldə edə bilirsə, əziyyət çəkib saxlasın, idarəetmə qaydalarına da riayət etsin. Ölkədə bir milyon yarım maşın var, onun 62-72 mini Bakıdadır. Təsəvvür edin ki, şəhərdə necə gərginlik, sıxlıq yaranır. Bir avtomobil cəmi bir dəqiqə qəza işıqlarını yandırıb iki zolaqlı yolun bir hissəsini tutursa, bu, həmin yolda hərəkətin 5 dəqiqə ləngiməsi, yüzə yaxın avtomobilin yolda qalması deməkdir. Bu da sürücülərin özlərinin yaratdığı süni tıxaclara gətirib çıxarır”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol