• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bu dərmanın satışına və istifadəsinə qadağa qoydu

Nazirlik bu dərmanın satışına və istifadəsinə qadağa qoydu
28.04.2015 14:51
Səhiyyə Nazirliyi son günlər bir sıra sosial şəbəkələrdə "Kalsium xlorid"  5%-li 100 ml məhlul dərman vasitəsinin istifadəsi zamanı ölüm hallarının baş verməsi barədə yazılan məlumatlarla bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli APA-ya açıqlamasında istehsal olunmuş bu preparatın hər hansı bir ölüm halına və ya başqa neqativ bir hala səbəb olması haqda məlumatların əsassız olduğunu deyib. Bununla yanaşı, A. Qədirli "AzərFarm" Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci ilədək olan "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olunduğunu qeyd edib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş məlumat əsasında müvafiq sərəncamla "AzərFarm" Ltd şirkətinin istehsal etdiyi adı çəkilən dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyub və əczaçılıq şəbəkəsindən yığılmasını tam təmin edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda "Pereqidrol" (30%) və "Kalsium xlorid" dərmanlarına etiketlərinin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, bu səhv nəticəsində 2 uşaq ölümü qeydə alınıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol