• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir - FOTOLAR

Bakcell virtual futbol çempionatının qalibini ABŞ-a göndərir - FOTOLAR
28.04.2015 14:46
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən "Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan virtual futbol çempionatının final oyunları keçirilib və qaliblər müəyyən olunub:

1-ci yer Hacı Mirzəməmmədov

2-ci yer Talıb Rzayev

2015-ci ilin fevralında başlayan və Azərbaycanın 8 şəhərində 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən bu çempionat bu günə qədər respublika üzrə gənclərin iştirakı ilə keçirilən ən iri tədbirlərdən biri hesab olunur. 7000 nəfərə yaxın məktəblini əhatə edən bu layihənin əsas məqsədi gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi və sağlam idman rəqabətinin təşviq olunmasıdır.

2015-ci ilin fevral ayından başlayaraq Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Qəbələ, Şəki və Zaqatala şəhərlərinin hər biri üzrə qaliblərin müəyyən olunması üçün hər şəhərdə 130-dan çox oyun keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən uşaqlar arasında şənbə və bazar günləri ümumilikdə 1024 oyun təşkil olunub.

26 aprel 2015-ci il tarixində Bakıdakı H. Cavid parkı, N.Nərimanov parkı, Səməd Vurğun bağı və Sahil bağında qurulan səyyar oyun zonalarında final oyunlar və əyləncə tədbirləri təşkil olunub. Oyunların öncədən elan olunmuş marşrut üzrə hərəkət edən və xüsusi avadanlıqla təchiz olunan avtomobil üzərində keçirilməsi və çempionatın şou şəklində təşkil olunması şəhər sakinlərində bu tədbirə xüsusi maraq oyadıb.

Çempionatda birinci yeri qazanan iştirakçı Amerika Birləşmiş Ştatlarına səfər edərək orada "Mançester Yunayted”in oyununu izləyəcək və səfər zamanı şəxsən oyunçularla virtual futbol oynamaq imkanı əldə edəcək. Yarımfinalçılar Alov smartfonları və digər müxtəlif dəyərli hədiyyələrlə təltif olunublar.



Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol