• $
  • €
  • ₽
  • ₺
  • £

Qızları "Tükəzban", oğlanları qeybətcil olan cəmiyyət - KÖŞƏ

Qızları "Tükəzban", oğlanları qeybətcil olan cəmiyyət - KÖŞƏ
28.04.2015 14:38
"Yaxşı bir insan öldükdə ona ağlamayın.
Onu itirən cəmiyyətə ağlayın... "
(Fərabi)
 
 
 
Orxan Aslanlı

Cəmiyyət nədir? Bəlkə də bu suala çox adam doğru-düzgün cavab verə bilməyəcək. Bəziləri bu termini açıqlayarkən insanların adət-ənənələrinin davam etdirilməsi üçün çərçivə halına gətirilmiş toplum kimi qiymətləndirəcək, bəziləri isə bütün vikipedia materiallarını ortaya tökəcək, amma ortada işə yarayacaq bir ifadə işlətməyəcək. Niyə məhz yazıya "Cəmiyyət nədir” sualından başladım? Bu sözün yaranma tarixindən, ilk dəfə kim tərəfindən işlənib və s. mövzuları da sual etmək olardı. Amma mən "Cəmiyyət nədir” sual edirəm. Əgər həqiqətən də biz yaşadığımız bir ortamın, mühitin cəmiyyət olduğuna şübhə ilə yanaşırıqsa, özündə nələri ehtiva etdiyindən xəbərsiziksə, dəyərini-qiymətini verə bilmiriksə, onda problem bizim özümüzdədir.

Daha çox problemlərlə qarşılaşan zaman "Cəmiyyət” sözü, məhfumu yada düşür. "Cəmiyyətin problemidir, cəmiyyət elədir-belədir” – deyib vəziyyətdən yaxşıca boyun qaçırdırıq. Amma yaşadığımız hər hansı hadisəninin qarşısını almağa qadir olduğumuzu anlamaq böyük faciələrə gedən yolu çox daralda bilər. Həm də əgər anlamlı olmaq cəmiyyətin inkişafına müsbət təsir edəcəksə... 

Misal üçün, bir nəfər küçənin ortasında dalaşır və vurub o birinin gözünü partladır. Kənardan keçən cəmiyyət fərdi – yəni bizlərdən birimiz bu hadisəni təbii hal kimi qiymətləndirib heç bir reaksiya vermədən ötüb gedirik. Bu hissi qorxu adlandırmaq olarmı? Yoxsa cəmiyyətdə bir-birinə yardım əli uzatmaqdan imtina etməyə hazırlaşan nəsilin formalaşmasıdır? 

Buna bənzər misallar çoxdur. Uşaq vaxtı dərsliklərdən oxuyardıq ki, "yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”. İndi belə deyil, hətta yaxşılığa yaxşılıqla cavab verərkən kimlərinsə gözündə "yüksəlmək” niyyəti güdür, özümüzü gündəmdə saxlamaq istəyirik. Əslində, sağ əlin verdiyini sol əl bilməməlidir axı. 

Fikrimcə, cəmiyyət o zaman formalaşır ki, bir fərdin zəif cəhətləri ilə mübarizə aparmağa digərinin gücü yetə bilsin və bu mübarizəsi ilə həm qarşısında duranı, həm özünü, həm də ətrafdakıları tərbiyələndirə bilsin. Bizdə necədir? Tutaq ki, hansısa bir oğlanın bir qızdan xoşu gəlir. Oğlan öz dostuna həmin qız haqqında danışır və bununla sanki ondan dəstək istəyir. Dostu nə edir? Ağızdan-ağıza eşitdiyi, göz ilə görmədiyi, sadəcə qulağı ilə eşitdiyi bir mənfi sözü dilinə gətirir: "Bilirsən, dost, o qız belədir. Əşşi neynirsən onu? Tükəzbandır”. 

"Tükəzban” – tarixən qızlarımıza, xanımlarımıza verilən ad olub, indi ayrı-ayrı cəmiyyət fərdləri bu sözdən aşağılayıcı, təhqir edici söz kimi istifadə edir. 

Əgər hər hansı sürücü qanun pozuntusu zamanı cərimələnirsə, onu ödəyirsə, bununla da o özünü "cəmiyyət”in gözündən salmış olur. Çünki sürücü "qaqaşlar”ı onun bu hərəkətini qorxaqlıq kimi qiymətləndirirlər. 

Cəmiyyətlə bağlı ən maraqlı nüanslardan biri müqayisələndirmələrdir. Birisi yaşadığı cəmiyyətin üstün olduğunu nümayiş etdirmək üçün söhbətə belə başlayır: "Bizim cəmiyyətə şükür, Afrikada elə cəmiyyət var ki, hələ də adam əti yeyir”. Sizcə, bu düzgün müqayisədirmi? Yaxud müqayisə ediləcək haldırmı? Cəmiyyət məkanından asılı olaraq formalaşan insan toplumudur. Onun müsbət və çatışmayan cəhətlərinin olması normaldır. Amma öz cəmiyyətindəki çatışmazlığını gizlətmək, özünə haqq qazandırmaq üçün digər bir cəmiyyətin mənfi xüsusiyyətini bayraq etmək, onda şükür tapmaq sizcə, düzgün müqayisələndirmədirmi?  

Yuxarıda sadaladığım və yaxud sadalaya bilmədiyim halları təsvir edərkən əlində sadə karandaş tutan karikaturaçı rəssam olmadığıma görə peşmançılıq çəkirəm. Bəlkə də 100, 200 cümlənin yerini verə biləcək bir rəsm çəkərdim və belə bir dəyərləndirmə yazardım: "No comment”.

"Bizim mahiyyətimiz təkrar-təkrar etdiyimiz hərəkətlərdir. Ona görə də mükəmməllik hərəkət deyil, vərdişdir” – Aristotelə məxsusdur bu fikir. Təəssüf ki, bu gün cəmiyyətimiz nə təkrar-təkrar etdiyi hərəkətlərin mahiyyətinə varır, nə də mükəmməl nəticə alınsın deyə hərəkətlərini vərdiş halına çevirir.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol