• $
  • €
  • ₽
  • ₺
  • £

İspaniya: Qarabağ Azərbaycanındır

İspaniya: Qarabağ Azərbaycanındır
29.04.2015 11:25
Aprelin 28-də Bakıda Azərbaycan və İspaniya arasında XİN-lər arası siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın Xarici işlər nazirinin müavini Xələf Xələfov və İspaniyanın Xarici İşlər Nazirliyinin xarici siyasət və təhlükəsizlik üzrə baş direktoru Enrike Mora arasında görüş keçirildi.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Xələf Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirdi.

Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaş əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən Xələf Xələfov, İspaniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın səylərini dəstəkləyəcəyinə ümidini bildirdi.

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən Enrike Mora, həmkarı ilə razılaşaraq, əməkdaşlığın inkişafı üçün daha yüksək potensialın olduğunu bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyaya rəsmi səfərinin tezliklə baş tutmasında maraqlı olduqlarını vurğulayan Enrike Mora, ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd etdi.   

Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edən Xələf Xələfov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək, münaqişənin tezliklə həll olunması üçün BMT, Avropa İttifaqı, ATƏT kimi mühüm təşkilatlar tərəfindən təsirli addımların atılmasının vacibliyini vurğuladı.

Etnik və dini fərqliliyə görə separatizmin dəstəklənməsinin və dövlətlərin parçalanmasına cəhd edilməsinin demokratik prinsiplər ilə ziddiyyət təşkil etdiyini qeyd edən Enrike Mora, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin İspaniya üçün fundamental prinsip olduğunu vurğuladı. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiklərini bildirdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıldı.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol