• $
  • €
  • ₽
  • ₺
  • £

​Bakı metrosunda reklam lövhələri yenilənir

​Bakı metrosunda reklam lövhələri yenilənir
29.04.2015 11:18
Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin bərpası prosesinə start verilib. Artıq dünəndən etibarən "28 May" metro stansiyasında reklamların yerləşdirilməsi üçün xüsusi lövhələrin asılmasına başlanılıb.

Bu lövhələr əvvəlkilərdən fərqli olaraq daha böyük və işıqlıdır. Lövhələrin kənarları avtomatik tənzimlənən LED işıqları ilə təchiz edilib.

Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib ki, mərhələli şəkildə metronun bütün stansiyalarında reklam lövhələri asılacaq.

"Əvvəldən də demişdik ki, metroda reklamlar bərpa oluna bilər. Ancaq bu reklam vasitələri daha müasir, habelə sərnişinlərin hərəkətinə əngəl törətməyəcək və daha zövqlü vasitələr olmalıdır. Yeni lövhələr köhnələrdən tam fərqli şəkildədir", - deyə o, qeyd edib.

N.Paşayev, həmçinin əlavə edib ki, bir müddətdən sonra elektron tipli və s. kimi başqa reklam vasitələrindən də istifadə olunacaq: "Hazırda reklam vermək istəyənlərin müraciətlərinə baxılır . Normativ sənədlər hazırlanır. Bütün işlər tamamlandıqdan sonra, reklam verən şirkətlə birbaşa "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanmaqla reklam xidməti göstəriləcək".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol