• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Azərbaycanı dəstəkləyən qətnamə - VİDEO

ABŞ-dan Azərbaycanı dəstəkləyən qətnamə - VİDEO
29.04.2015 11:08
 ABŞ-ın Nevada ştatı parlamentinin aprelin 28-də keçirilən iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edilib. 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.

Parlamentin spikeri Con Həmbrik tərəfindən imzalanmış qətnamədə, Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilib. Sənəddə qeyd olunub ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində sıx əməkdaşlıq edirlər: "11 sentyabr terror aktlarından sonra Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərib, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərib. 2001-ci ildən bəri hər il Əfqanıstanda yerləşən ABŞ qoşunlarının təchizatının 40%-i Azərbaycan vasitəsilə daşınmaqdadır".
Sənəddə bildirilib ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.

Qətnamədə qeyd olunub ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar: "Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib".
Qətnamədə qeyd olunub ki, ABŞ, Azərbaycan kimi müttəfiqlərinin müstəqilliyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.
Bu, Nevada parlamentinin Azərbaycana dair qəbul etdiyi ilk qətnamədir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol