• $
  • €
  • ₽
  • ₺
  • £

​Natiq Əliyev: "Total" "Abşeron" yatağında qaz hasilatına başlayacaq"

​Natiq Əliyev: "Total" "Abşeron" yatağında qaz hasilatına başlayacaq"
29.04.2015 17:38
Azərbaycan dünya ölkələri arasında neft resurslarının hasilatı, istehlakı, emalı və nəqli sahəsində 10-cu yerdədir. 

"Report" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışı zamanı deyib.

N.Əliyev neft hasilatının 10 il əvvələ nisbətən dəfələrlə artığını deyib: "10 il bundan qabaq Azərbaycanın neft hasilatı çox aşağı səviyyədə idi. Ötən il Azərbaycanda 42 mln. ton neft hasil edilib. 2003-cü ildə Azərbaycanda 5 mlrd. kubmetr qaz hasil edildiyi halda, 2014-cü ildə 29 mlrd. kubmetr qaz hasil olunub. Dünyada təbii qaz get-gedə daha da önəmli enerji resursu olacaq. Azərbaycanın çox böyük potensialı var və mövcud yataqlarda 2,6 trln. kubmetr qaz var. Bu o deməkdir ki, qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlaya biləcəyik".

Nazirin sözlərinə görə, Fransanın "Total" şirkəti 2021-ci ildə Xəzər dənizində yerləşən "Abşeron" yatağında qaz hasilatına başlayacaq: "Bizim əsas ehtiyatımız "Şahdəniz" yatağıdır. Yeni "Ümid" qaz yatağımız bu yaxınlarda tapıldı, onun potensialı 300 mlrd. kubmetr qazdan çoxdur. Biz artıq iki quyunu qazmışıq və bu quyulardan təbii qaz hasil edirik. "Abşeron" qaz yatağımız var ki, artıq bu yataqdan qaz hasilatı ilə bağlı böyük proqramlar işlənilib. Qaz hasilatını bu yataqda həyata keçirən "Total" şirkəti söz verib ki, 2021-ci ildə "Abşeron" yatağından ilk qaz hasilatı həyata keçiriləcək. Azərbaycan yaxın zamanda Avropa bazarı üçün əsas ixracatçılardan biri olacaq. Azərbaycan neft və qaz sənayesinin işlənməsi sahəsində bütün proqramları yerinə yetirib. 1994-cü ildə işə başlamışıq və bu gün artıq ixracatçı ölkəyik".

TAP və TANAP layihələri haqqında danışan energetika naziri deyib ki, ölkədə 26 yeni qaz quyusu qazılacaq: "Uzunluğu 1 800 km olan TANAP kəməri çox çətin şəraitdə tikiləcək. TAP layihəsi də çox önəmli layihədir. Bu bizə imkan verəcək ki, təbii qazı Avropa bazarlarına çatdıra bilək. Hazırda Azərbaycanda bir quyudan 5 mln. kubmetr qaz çıxarılır və 26 əlavə hasilat quyuları qazılacaq. TAP layihəsi bizim üçün çox önəmlidir".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol