• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın “2015-ci kvartal”ı - Fotolar

Musiqili Teatrın “2015-ci kvartal”ı - Fotolar
30.04.2015 13:55

Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib.
 
ANN.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət İlqar Fəhminin "2015-ci kvartal” əsərindən gedir. Yaradıcı heyyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu-rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Qeyd edək ki, bu tamaşa ilə onlar Musiqili Teatrda rejissor kimi debüt edəcəklər. "İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin "2015-ci kvartal” adlandırılması da təsadüfi deyil. Hamı inanır ki, 2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani subutudur”, - deyə Anar Sadıqov və Əlif Cahangirli tamaşa haqqında danışarkən bildiriblər.

Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, təcrübəli aktyorlar - Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur.
 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol