• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyanın Milli Qalereyası: dünyanın incəsənət xəzinəsi - REPORTAJ

Britaniyanın Milli Qalereyası: dünyanın incəsənət xəzinəsi -  REPORTAJ
30.04.2015 16:18
Rüstəm Qasımov 

Dumanlı Albionun tarixi yerlərinə getmək bir başqa zövqdür. Burada hər kəs özünə yaxın olan, maraqlı gələcək nəsə tapa biləcək. Məsələn, əgər siz incəsənəti sevirsinizsə, o zaman sizin qarşınızda onlarla qalereya, müzey, sərgi salonları seçimi var. Ən önəmlisi, onların çoxuna giriş pulsuzdur. Məsələn, bu qalereyalardan biri, Trafaqlar meydanında yerləşən Milli Qalereyadır. Bura da London ictimaətinə məxsus olduğundan ora giriş pulsuzdur. 
 
 

Trafaqlar meydanında yerləşən Milli Qalereyanın əsasını IV Georg qoyub. Qalereyanın işıqlandırılmasında əsas rolu təbii işıq oynayır. Bu isə rəsm işlərinə baxışı asanlaşdırır, çünki süni işıq eyni effekti vermir. 
 
 

İçəri daxil olduqda çoxlu sayda turistin orada rəsmlərə baxdığının şahidi oldum. Burada bütün millətlərdən olan adamlar var idi. Turistlər o qədər çox idi ki, qalereyanın əsas zalına giriş üçün gözləməli oldum. Azərbaycanın qalereyalarında bu qədər qələbəlik olmur.  Mən demirəm ki, bizim qalereyalara insanlar girmir, sadəcə sayları həddən artıq az olur. Ən çox adam açılış günü gəlir, qalan günləri isə adamlar çox az olur, zallar boş görsənir. 
 
 

Qeyd edim ki, qalereyanın girişində siz sərgi üçün xəritə götürə bilərsiniz, çünki qalereya və muzey anlayışı, bizim bu söz altında tutduğumuz mənadan fərqlənir. Xəritəsiz çətinliklə hərəkət edəcəksiniz, çünki zallar bir-birinə o qədər oxşardır ki, asanlıqla aza bilərsiniz. Qalereyalar və muzeylər o qədər böyükdür ki, bir gün ərzində orada sərgilənən bütün rəsm və eksponatlara baxmaq mümkünsüzdür.  
 
 

Xəritədən başqa siz özünüzlə "audiogid” götürə bilərsiniz. Audogid sizə binanın tarixi, orada sərgilənən incəsənət əsərləri haqqında məlumat verəcək. Audiogidlər 8 dil üzrə proqramlaşdırılıb. 
 
 

Hər bir qalereyada rahat oturacaqlar və kreslolar var. Orada oturub sənət əsərlərinə baxa və öz yoldaşınızla söhbət edə bilərsiniz. 
 
 

Qalereyaların zalları çox geniş və uzundur. Buranın işıqlandırılması əsasən təbii yolla edilir. 
 
 

Milli qalereyanın əsas kolleksiyası daimi olaraq burada sərgilənir. Bu kolleksiyaya XIII əsrin başlanğıcından XX əsrə kimi olan incəsənət nümunələri (Leanordo da Vinçi, Botitiçelli, Bellini, Tiçiana, Mikalancelo, Rafael, Rubens, Rembrant, Karvadjo, Deqa və Mone) daxildir. 
 
 

Kolleksiyalar, həqiqətən də, insanı heyrətə salır. Burada nə yoxdur ki... Çəkilən rəsmlər təkcə mövzusuna görə deyil, iriliyinə görə də fərqlənir. Bir neçə metr olan div boyda şəkillərdən tutmuş xırda şəkillərə qədər görmək mümkündür. 
 
 

Rəsmlər əsasən "İncil”in mövzularına həsr olunub. 
 
 

Qeyd edim ki, bu qalereya Luvra uduzur, amma burada da Velaskesin "Güzgülü Venera” və Van Qoqun "Günəbaxan” kimi şedevrləri sərgilənir. Amma əsas sərgilənən rəsmlər ingilis rəssamlarına məxsusdur. Bu fərqlilikdən adamın başı fırlanır.  Onu da qeyd edim ki, rəsmlərin özləri ilə birgə elə onların çərçivələri də bir sənət əsəridir. 
 
 

Əsərlər insanları necə özünə cəlb edirsə, onlar uzun müddət dayanıb onlara tamaşa edir. 
 
 

Əksər izləyicilər rəsmləri öz telefonlarının kamera yaddaşına köçürdürlər. 
 
 

Onu da qeyd edim ki, hər bir zalda qayda-qanuna nəzarət edən və sizin istənilən sualınızı cavablandırmağa hazır nəzarətçi var. Məhz bu nəzarətçilər sizin şəkil çəkməyinizə icazə verir. Əgər sizə şəkil çəkməyə icazə versələr, o zaman telefonunuzun "flash” düyməsini keçirtməyi tələb edəcəklər. Belə ki, bu qalereyaya gələn hər bir ziyarətçidən tələb edilir, çünki "flash” rəsmlərin korlanmasına səbəb olur. 
 
 

Milli qalereyada sərgilənən dünyanın ən məşhur rəssamlarının rəsmlərindən, qalereyada yerləşən kafedən, suvenir mağazasından böyük bir zövq aldıqdan sonra Londonun digər gəzməli-görməli yerlərinə baş çəkməyə getdim. 
 


















www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol