• $
  • €
  • ₽
  • ₺
  • £

Nepaldan təxliyə olunan Azərbaycan vətəndaşları Bakı gətirildi - Fotolar

Nepaldan təxliyə olunan Azərbaycan vətəndaşları Bakı gətirildi - Fotolar
01.05.2015 09:13
13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı Nepalda təbii fəlakət zonasından təxliyə edilib

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən "BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb. APA TV-nin məlumatına görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib. Təxliyə olunan Azərbaycan və Gürcüstan vətəndaşlarını gətirən təyyarə mayın 1-i, Bakı vaxtı ilə 07:15-də Heydər Əliyev adına Hava Limanına eniş edib.

Nepalda baş verən dəhşətli zəlzələnin yaratdığı çətinliklərdən danışan ailələr yardıma görə, Azərbaycan prezidenti İlham Əliyevə və Fövqəladə Hallar Nazirliyinə öz təşəkkürlərini bildiriblər. Zəlzələ baş verən gündən çöldə gecələdiklərini deyən azərbaycanlı ailələr dağıntılar altında hələ də cəsədlərin çıxarıldığını bildirdilər. Onlar həmçinin qeyd etdilər ki, digər dövlətlər kimi Azərbaycanın da göndərdiyi humanitar yardım çatıb və zəlzələdən zərərçəkmiş nepallılara paylanılıb.

Son məlumata görə, Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb. Ölənlərin sayının 10 mini keçəcəyi istisna olunmur.

Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Nepal hakimiyyəti xarici ölkələrə humanitar yardımla bağlı müraciət edib. Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.
 











www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol