• $
  • €
  • ₽
  • ₺
  • £

Marble Arch: edamların icra olunduğu tarixi yer - REPORTAJ

Marble Arch: edamların icra olunduğu tarixi yer - REPORTAJ
01.05.2015 11:00
Rüstəm Qasımov 

Dumanlı Albion çoxsaylı tarixi abidələrlə əhatə olunub. Onlardan biri də Marble Arch-dır ("Mərmər Arka”). Bu qədmi abidə Londonun qərbində, Hayd-Parkın Natiqlər küçəsində yerləşir. Bu məşhur yeri tapmaq çətin deyil. Əgər siz Hayd-Parkda gəzirsinizsə, o zaman yola vurulmuş işarələrlə həmin yeri asanlıqla tapacaqsınız. Əgər siz vaxtınıza qənaət etmək istəyirsinizsə, o zaman,  eyni adlı metro dayanacağına, metordan istifadə etməklə gedə bilərsiniz.   


Ətrafında maşınların şütüdüyü bu abidə sanki adada yerləşir. 


Marble Arch bir çox avtobusların, eləcə də turist avtomobillərinin son dayanacaq yeridir. Turist maşınları öz rəngləri ilə Londonu bəzəyir. Ümumiyyətlə, etiraf edək ki, İngiltərəni ikimərtəbəli avtobuslarsız təsəvvür etmək çətindir.




Şəhər mənzərəsi insanda xoş təəsürat doğurur. Yeni və qədim tikililər şəhərin arxitekturasına maraqlı görünüş verir. 



Amma ən çox diqqəti Marble Arch cəlb edir. Bu tikilini 1828-ci ildə məşhur arxitektor Con Neş layihələndirib. O, Romada olan Konstantin arkasından çox təsirlənib. Bu səbəbdən də  Mərmər Arkanın onunla oxşarlığı çoxdur. Qeyd etmək zəruridir ki, daxilində üç orta ölçülü yer var. Bu yerlərdə əvvələr polislər otururdu. Arkada 3 keçid yeri var və onlardan ikisi adi vətəndaşlar üçündürsə, öz iri həcmi ilə fərqlənən digər keçid kral ailəsi üçün nəzərdə tutulub.   


Qeyd edək ki, Arka əvvələr Bukingem sarayının qarşısında yerləşdirilmişdi, amma sonralar onu indiki yerə köçürüblər. Gəzən söz-söhbətlərə görə, mərkəzi keçid kraliçanın karetasından balaca olduğundan kraliça keçə bilmirmiş. Amma 1953-cü ildə kraliça II Yelizavet öz karetası ilə minlərlə londonlunun gözü qarşısında bu keçiddən keçib. Buna görə də Arkanın yerinin dəyişdirilməsi səbəbi, hələ də sirr olaraq qalır. 


İndiki Marble Arch tarixi ərazidə yerləşir. Bu ərazi qəddar Tayberi kimi adlanıb. VI əsr ərzində ictimai edamlar burada həyata keçirilib. Burada çoxlu sayda quldur, oğru, cinayətkar, saxtakar və reformasiya dövründə - katoliklər edam edilib. Edamlar bazar günləri həyata keçirilirmiş. Bu günlərdə yüzlərlə insan Arka ətrafında toplaşıb səbirsizliklə edamın icrasını gözləyirdilər. Ətrafda olan binaların pəncərəsindən edama tamaşa edirdilər. Deyilənə görə, edamların birində burada 200 min insan toplaşıb. 


İndi söhbətlər gəzir ki, Arkanın yerini yenidən dəyişəcəklər və deyilənə görə, onun yeni məkanı Hayd-Park ola bilər. Amma indiki ərazi çox cəlbedici yerdə yerləşir. Burada bir fəvvarə var ki, bu tarixi yerə xüsusi gözəllik verir.

 
Fəvvarənin ətrafında gözəl görünüşlü güllər yetişdirilir. 



Burada Marble Arch-ın tarixini əks etdirən lövhə var. Arxa planda çəmənliyin təmizliyi ilə məşğul olan işçini görə bilərsiniz. Qeyd edim ki, bu parkda topla qrup oyunu oynamaq qadağandır, bunun üçün Arkadan bir neçə yüz metr aralıda yerləşən Hayd-Park var. 


Açıq yaşıl rəngə çalan çəmənliyin ərazsində heykəl yerləşir. İlk baxışdan onun nəyə bənzədiyini tapmaq  çətindir. Amma diqqətlə baxdıqda, bunun "su içən at başı” olduğunu görmək mümkündür.


Bu çəmənlikdə turistlərin istirahət etdiyini müşahidə etmək olur. Amma mənim orada olduğum gündə burada yalnız göyərçinlər gəzişirdi. 
Səyyahət davam edir...



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol