• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistanda Səttar Bəhlulzadənin portreti aşkarlanıb

Özbəkistanda Səttar Bəhlulzadənin portreti aşkarlanıb
01.05.2015 19:00
Tanınmış Azərbaycan rəssamı Səttar Bəhlulzadənin Özbəkistanda portreti aşkarlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və Tatarıstanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz Əhmərovdur.

Səttar Bəhlulzadənin ev-muzeyindən bildirilib ki, 1979-cu ildə yaradılmış "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsəri (75 x 85 sm) hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır.

Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf edir. Aşkar edilən rəsm əsəri Çingiz Əhmərovun çəkdiyi Səttar Bəhlulzadənin ikinci portretidir. Əvvəllər məlum olan "Səttar Bəhlulzadə” portretində Ç.Əhmərov azərbaycanlı rəssamın profilini təsvir edib, bu zaman rəssamın əlləri və barmaqlarını önə çəkib.

Mavi tonlarda işlənmiş "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” fərqli tərzdə icra olunub. Burada S.Bəhlulzadə gənclik illərində təsvir edilib.

Qeyd edək ki, Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsərinin kətan üzərində olan eyni ölçülü surəti hazırlanıb. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol