• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Dünya Qarabağdakı “seçkiləri” qanunsuz hesab edir

XİN: Dünya Qarabağdakı “seçkiləri” qanunsuz hesab edir
01.05.2015 12:59
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə qanunsuz "parlament seçkiləri”nin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bu qanunsuz seçkilər ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 27 fevral 2015-ci il tarixində bəyanat verilib.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz "parlament seçkiləri” və bu seçkilərdə "müşahidəçi” kimi iştirak edən şəxslərlə bağlı açıqlama verərkən bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir.

"ATƏT Minsk Qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün etdiyi çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən "seçki” adı altında atilan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək  məqsədi daşıyır.

Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni "seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycan ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 30 aprel tarixli bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır”, - deyə, diplomat bildirib.

Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu "seçkilərdə” öz-özünü "müşahidəçi” adlandıran bəzi marqinal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcəkdir.

"Özü-özünü "müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir.

Slovakiya vətəndaşı Frantişek Mikloşkonun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi özü-özünü "müşahidəçi” elan etmiş şəxslərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyildir.

Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış elan edilib”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol