• $
  • €
  • ₽
  • ₺
  • £

“Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanması ilə bağlı AÇIQLAMA

“Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanması ilə bağlı AÇIQLAMA
01.05.2015 17:53
I Avropa Oyunları ərəfəsində, yarışların keçiriləcəyi günlərdə "Binə” və "Sədərək Ticarət Mərkəzi”nin qapalı olacağına dair əhali arasında çaşdırıcı informasiyalar dolaşmaqdadır.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün sözügedən ticarət mərkəzlərilə əlaqə saxlayıb.

"Sədərək Ticarət Mərkəzi”nin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Modern.az-a açıqlamasında bildirib ki, ticarət mərkəzi tərəfindən hər hansı məhdudiyyət olmayacaq:

"İndinin özündə və oyunlar keçirilən ərəfədə ticarət mərkəzində işlər əvvəlki qaydada davam etdiriləcək. Həm də oyunların əksəriyyətinin axşam saatlarında keçirilməsi nəzərdə tutulduğundan düşünürəm ki, məhdudiyyətə ehtiyac yoxdur”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bazar adi günlərdə səhər saat 08:00-dan axşam saat 18:00-a qədər işləyir: "Həmin günlərdə də bizim tərəfdən heç bir məhdudiyyət qoyulmayacaq. Düzdür bəzi yollar bağlı olacaq, amma nəzərə alamq lazımdır ki, alternativ yollar da var”.

K.Qədim yalnış informasiya yayanlarıa da müraciət edib: "Bazar gündəlik iş rejiminə davam edəcək. Burada minlərlə insan çalışır. Ticarət mərkəzi həmişəki kimi işləyir və işləyəcək. Bilən də, bilməyən də şaiələr yazır, insanlar arasında çaşqınlıq yaradırlar. Bunu yazanda ən azından düşünsünlər ki, sahibkarların, burda çalışan minlərlə insanın işinə təsir edirlər”.

"Binə” Ticarət Mərkəzinin mətbuat xidməti olmadığından orda çalışan insanlardan məlumat öyrənməyə çalışdıq. Onlar da bildirilər ki, rəhbərlik tərəfindən oyunların keçiriləcəyi günlərdə bazarın bağlı olacağına dair hər hansı informasiya verilməyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol