• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Dairəvi yolu hərəkət üçün bağlandı

Bakı Dairəvi yolu hərəkət üçün bağlandı
04.05.2015 11:54
Bu gün Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhər istiqamətə olan hissəsində "Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq. 

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, işarələnmə işləri saat 11:00-dan axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. İşlərin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, eni 3,75 metr olan "Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol