• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qafqaza gəlmədir - bunu özləri də etiraf edir - KÖŞƏ

Ermənilər Qafqaza gəlmədir - bunu özləri də etiraf edir - KÖŞƏ
04.05.2015 18:45
Həmid Həmidov  
 
Baxın, nəyə diqqət çəkirəm. Qafqaz xalqlarından heç biri – sadəcə birini çıxmaq şərti ilə indiyə kimi başına gətirilmiş zülm və dəhşətlərdən heç zaman sınmayıb və özünü yazıq görünüşündə dünyaya tanıtmağa çalışmayıb. Bu coğrafiyanın xalqları özünü əzab-əziyyət çəkən və məzlum görünüşündə görünməsini rədd edib. 

Amma tarixin müəyyən dönımində Qafqaz xalqları arasında zülmə məruz qalanlar az olmayıb. Təkcə Stalin represiyyası nəyə desən dəyər. Amma repressiyaya məruz qalmalarına baxmayarq,  heç zaman bundan məzlum görüntüsü yaratmaq üçün istifadə etməyiblər. Bəli, günahsız insanlar müxtəlif dönəmdə başlarına gələn müsibət və repressiyanı unutmamağa və onu yaddaşlarda saxlamağa çalışıb, buna baxmayaraq heç zaman özlərinə qarşı məzlum biri kimi yanaşılmasını da arzulamayıb. 
 
Bu fenomeni izah etmək çox asandır. Qafqaz xalqları arsında güclü kişi obrazı həmişə dövriyyədə olub və ona yüksək dəyər veriblər. Güclü kişi heç zaman şikayət etmir, cəsarətli şəkildə döyüşü qəbul edir və kişi kimi də ölür. Həyatın bütün müsibət və ağrılarını çiynində daşıyan bu kişi obrazı, hisslərinin onu idarə etməsinə imkan vermir və yaşamağa davam edir. 
 
Yəqin ki, sizi uşaqlıqda necə tərbiyə etikdlərini xatırlayırsınız. Valideyinlər həmişə deyirdi ki, kişilər ağlamaz, onlar güclü, qüvvətli, qürürlü, xeyirxah və s. olmalıdır. 
Deyirdilərmi? Deyirdilər. 
 
Bunu təkcə azərbaycanlılar yox, gürcülər, çeçenlər, dağıstanlılar və digər xalqlar da deyirdi. Çünki həqiqi Qafqaz xalqları şikayətlənməyi heç zaman şənlərinə sığmayıblar. 
 
Diqqət edin, bu fonda bütün Qafqaz xalqlarından fərqlənən yeganə xalq ermənilərdir.  Onlar hər il, yüz il bundan əvvəl yaşandığı idda edilən, faktiki olaraq şübhəli və ciddi saxtalaşdırılmış tarixi faciə haqqında  "şaxsey-vaxsey”  deyir və bütün dünyanın onlara yazıq və məzlum xalq kimi yanaşmasına çalışırlar. 

Qafqazda onlardan başqa heç kim belə davranmır və heç zaman da davranmayacaq. 

Bilirsinizmi, bu dolayı yolla nəyə işarə edir? Ermənilərin gəlmə xalq olduğunu sübut edir. Onlarda olan qafqazlı ruhu, qüruru, vicdanlılığı meksiklılardaki qədərdir. 

Axı Qafqazda heç bir xalq öz ideologiyasını başqa xalqa nifrət üstündə qurmur. Rəqabət təbii ki, var. Başqa xalqlarla olan dava-dalaşları xatırlayır. Amma qonşu xalqa nifrət etməyi və özü də bunu körpə yaşdan ona aşılamağı heç kim etmir. Üzr istəyirəm, amma bu qafqazlı davranışı deyil. Ermənilərdə hər şey tərsinədir. Qızlı-oğlanlı bütün uşaqlarına lap körpə yaşdan, onların qurban olduğu, türklərin və azərbaycanlıların onların düşməni olduğunu öyrədirlər.
 
Təbii ki,  Qafqaz da dəyişib.  Qafqazda indi çox şeyi görmək və ondan  utanmaq olar. Amma yenə də təkrar edirəm ki, ermənilərin davranışı ümumi fonda digər Qafqaz xalqlarından kəskin fərlənir və diqqət çəkir. 

Bax buna görə düşünürəm ki, bəlkə də qonşumuzun bu davranışını bu qədər təkrar etməyə və yamsılamağa ehtiyac yoxdur.  Bu bizim üzümüzə yaraşmır. 

Azərbaycanlıların erməni təcavüzünün qurbanı olmasını sübut edəcək yeganə dəlil, bu nə qədər paradoksal səslənsə də, bizim torpaqlarımızın qayıtması ola bilər.  Yalnız torpaqlarımızı qaytardıqdan sonra dünyaya sübut edəcəyik ki, həqiqi təcavüzkar kim idi.  
 
Və bizə kiminsə yazığı gəlməsinə ehtiyac yoxdur. 
 
Buna görə də, dünyanın qarşısında ağlayıb-sızlayıb gözünün suyunu tökmək də lazım deyil. Yenə təkrar edirəm ki, biz öz qonşumuzu yamsılamamalı və Qarabağ konfliktini xaricilərə izah edərkən onlara uyğun dəqiq müəyyən olunmuş strategiya işlənilib hazırlanmalıdır. Bu davranış çərçivəsində daşnakların azərbaycanlılara qarşı həqiqətən də törətdiyi vəhşiliklərlə bağlı nə yalvarmaq,  nə də nəsə xahiş etmək lazımdır.  Məlumat vermək, danışmaq və özünü layiq aparmaq başqa,  xahiş etmək və yalvarmaq isə  tam başqa bir davranışdı. İkinci davranışı, biz əsla etməməliyik. 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol